www.sinerjipro.net

SinerjiProWide
Reklam

 

arifhacilisdf“Bütün bölgələrdə Müsavat Partiyasının namizədlərinin seçki kampaniyasına problemlər yaradılır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib: “Müsavat Partiyasının nümayəndələri hakimiyyət strukturları tərəfindən təzyiqlərlə üzləşir. Bu hallarla əsasən Xaçmaz, Ucar, Ağcabədi rayonlarında, o cümlədən Bakıda üzləşmişik. Xüsusən də imza toplayan şəxslərə və imza verən seçicilərə təzyiqlər  geniş vüsət alıb. Faktiki olaraq bütün respublika ərazisində Müsavat Partiyasına qarşı anoloji vəziyyət hökm sürür. Eyni zamanda, belə pozuntulara seçki komissiyaları da yol verir. Məsələn, 55 saylı Xaçmaz seçki dairəsindən namizədimiz Söhrab Əmrahovun sənədlərini Dairə Seçki Komissiyasında qəbul etmək istəmir, onu get-gələ salırlar. Onun özünə və yaxınlarına qarşı çox böyük təzyiq var. O, DSK-ya sənədlərini təhvil vermək üçün gedərkən fiziki təzyiqlə üzləşib. Küçədə ona hücum ediblər. Bu cür hallar respublikanın başqa regionlarında da baş verməkdədir. Bütün bunlar onu göstərir ki, hakimiyyət əvvəlki seçkilərdə olduğu kimi yenə də özünün əsas rəqibi olan Müsavatdan çəkinir. Ona görə də partiyamızın namizədlərinə, imza toplayanlara və onlara imza verənlərə qarşı belə təzyiq metoduna keçiblər. Burada məqsədləri odur ki, müxalifətin bu seçki kampaniyasında iştirakının qarşısı alınsın”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 46
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."