Yazı İçi 468×60

maxresdefaultQubad İbadoğlu: “Bu partiya daxilində və ictimai rəydə bizə şər atmaq məqsədindən irəli gəlir”

Müsavat Partiyası daxilində qurultaydan üzü bəri ziddiyyətlər səngimək bilmir. Hələ də tərəflər bir-birinə münasibətdə barışığa gələ bilməyib. Bu yaxınlarda Müsavat başqanı Arif Hacılı başqanlığa sabiq namizəd Qubad İbadoğlunun ünvanına yenidən ittihamlar səsləndirdi.

O bildirib ki, Q. İbadoğlu qurultaydan əvvəl və qurultay zamanı verdiyi vədlərə əməl etmədi: “Bizim durmadan təkrar etdiyimiz birlik çağırışlarımıza məhəl qoymadı. Bu aylar ərzində bütün siyasi fəaliyyəti dövründə göstərmədiyi fəallıq nümayiş etdirdi. Heç vaxt hər hansı bir siyasi kampanniyanın lideri olmamışdı. Ətrafındakı qrupla antimüsavat kampaniyasının lideri oldu. Müsavata vura biləcəyi bütün zərbələri vurdu. Müsavata qarşı bundan daha artığını edə bilməzdi”.

Məsələ ilə bağlı Yenicag.az olaraq Qubad İbadoğlunun da fikirlərini aldıq. O bildirdi ki, Arif Hacılının həmin fikirləri çox emosional, əsəbi və narahat bir bəyanatdır: “Son 4 ayda partiyanın yeni rəhbərliyi təşkilatın fəaliyyətini gücləndirmək istiqamətində töhvələr verə bilmədi. Əksinə, partiyanın fəaliyyətində qurultay və ondan sonrakı dönəmdə baş verənlər üzvlər arasında ciddi narahatlıq yaradıb. Partiyanın baş verən mitinqində də gözlənilən kimi geniş iştirakçılığı təmin edə bilmədik. Partiya adından səslənən bəyanatların sonradan saxta olduğu aşkar oldu. Bununla yanaşı, eyni zamanda, partiyanın parlament seçkiləri ilə bağlı yeni və ardıcıl siyasəti yoxdur. Bu ondan irəli gəlir ki, təşkilatın idarə edilməsində yenə də kollegiallıq yoxdur. Partiyanın idarə edilməsi qərarları təhlillərə əsaslanmır. Məclisə paket təqdim etmişdim. Təəssüf ki, o da müzakirə olunmadı. Orada nəzərdə tutulurdu ki, 2015-2018-ci illəri əhatə edən strateji plan olsun, komissiyalar fəaliyyətə başlasın, Analitik Mərkəz yaradılsın. Bunlar heç biri olmadı. Dəfələrlə belə konstruktiv tövsiyyələrlə çıxış etdik. 23 noyabr tarixli respublika müşavirəsində də barışıq naminə təkliflərlə çıxış etdim. İndi partiyadakı mövcud vəziyyəti kiminsə üzərinə qoymaq istəyirlər. Uzun müddətdir barışıq, həmrəylik, birlik istiqamətində təkliflərlə çıxış edirik. Onların bu açıqlamasından təəssüf edirəm. Hesab edirəm o da məqsədli bir açıqlamadır. Həftənin 1-ci günü partiya Divanında Ellada xanımla məni dəvət ediblər. Orada davranışlarımızın nizamnaməyə uyğun olub-olmamasını müzakirə etmək istəyirlər. Bu da bir növ ona hazırlıqdır. Partiya daxilində və ictimai rəydə şər atmaq məqsədindən irəli gəlir”.

 

Rüfət

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."