Arif Mehdiyev II Fəxri xiyabanda dəfn olunub

Arif Mehdiyev II Fəxri xiyabanda dəfn olunub

Müəllif: Redaktor

Editor

akademikAzərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyevlə vida mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov və digər rəsmilər iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə mərasimdə çıxış edərək A. Mehdiyevin ölümünü Azərbaycan elminə böyük itki kimi qiymətləndirib. O qeyd edib ki, Azərbaycanda fizika elminin inkişafında A. Mehdiyevin böyük xidmətləri olub: “Arif Mehdiyev Moskvada təhsil alandan sonra istedadlı alim kimi Bakıya qayıtdı və fizika sahəsinə öz töhfələrini verməyə başladı. Qısa zaman ərzində o, görkəmli alim kimi tanındı, böyük uğurlara imza atdı. Arif Mehdiyev həmçinin Azərbaycanda kosmik tədqiqatların banilərindən idi”.

Mərasimdə çıxış edən Fizika İnstitutunun direktor müavini Cavad Abdinov, akademik Telman Əliyev və başqaları A. Mehdiyevin həyat və yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Vida mərasimindən sonra A. Mehdiyev II Fəxri xiyabanda torpağa tapşırılıb.

Yenicag.az

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti