yenicag.az
yenicag.az

“Artıq, kikboksinq ölkədə ən populyar idman növüdür”

“Artıq, kikboksinq ölkədə ən populyar idman növüdür”

Müəllif: Redaktor

Editor

adileliyevesasefg7“Kikboksçuların beynəlxalq yarışlarda qələbəsi gənclərə xüsusi stimul verir”.

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev İspaniyanın San-Sebastian şəhərində keçirilən kikboks üzrə Avropa Birinciliyində azərbaycan kikboksçularının qazandığı uğurları ilə bağlı fikirlərini şərh edərkən deyib.

“Bu gün federasiyamızda uğurlu nəticələr göstərən gənc kikboksçular yetişir. Hər bir kikboksçu ilə fəxr edirəm. Onlar beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Kikboksçuların İspaniyadan vətənə iki qızıl, bir gümüş, beş bürünclə qayıtmaları federasiyamızın ümumu uğurudur. Məşqçilərimiz yarışa ciddi şəkildə hazırlaşırdılar. Bu gün belə nailiyyətlər gənclərin idmana olan marağını artırır. Artıq, kikboksinq ölkədə ən populyar idman növüdür. Bir daha idmançıları təbrik edirəm”,-deyə millət vəkili əlavə edib.

Xatırladaq ki, 22-30 avqust 2015-ci il tarixlərində İspaniyanın San-Sebastian şəhərində Azərbaycan Kikboksinq Federasiyasının gənclər və yeniyetmələrdən ibarət yığma komandasının üzvləri baş məşqçi Ehram Məcidovun rəhbərliyi ilə yarışda iştirak ediblər. Bununla yanaşı idmançılara mənəvi dəstək olmaq üçün federasiyanın vitse-prezidenti Güloğlan Cabbarov, milli komandanın rəisi Sadıq Bağırov, əməkdar məşqçilər Hakim Hacıyev və Fuad Zeynalov komanda ilə birgə olublar.

Yarışının əsas təşkilatçısı İspaniya- Azərbaycan Ticarət Assosiasiyası olub(aznews).

İdman, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti