!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artur Rasi-zadə parlamentə gəldi

!Reklam – Yazi

img2265886Milli Məclisin plenar iclasında spiker Oqtay Əsədovun sədrliyi ilə 2017-ci il dövlət büdcəsi zərfinin müzakirəsi başlayıb. İclasda baş nazir Artur Rasi-zadənin rəhbərliyi ilə Nazirlər Kabinetinin üzvləri iştirak edir.

Musavat.com-un parlament müxbiri xəbər verir ki, spiker Oqtay Əsədov baş naziri, hökumət üzvlərini, deputatları salamladıqdan və gündəliyin təsdiqlənməsindən sonra giriş nitqi ilə çıxış edib. Spiker bildirib ki, neftin qiymətinin dünya bazarında aşağı düşməsindən və milli valyutanın ucuzlaşmasından sonra ölkəmizin neft gəlirləri aşağı düşüb.

O.Əsədov deyib ki, gəlir və xərclərdə azalma baş versə də, büdcənin sosial yönümlülüyü saxlanılıb. Bununla bərabər ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə lazımi miqdarda vəsait ayrılıb.

Spiker qeyd edib ki, parlamentin komitə iclaslarında 35 deputat çıxış edəndən sonra büdcə zərfi plenar iclasa təqdim olunub. Bundan sonra çıxışlara başlanılıb.

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv