!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artur Rasi-zadə qərar verdi: Xidməti avtomobillərin istifadəsi ləğv olundu

!Reklam – Yazi

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İcərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xidməti avtomobillərdən (3 ədəd) istifadəsinə xitam verilib.

Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanan qərarda bildirilir.
Bu addım dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi məqsədi ilə atılıb.

Qərara görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin 51-ci hissəsi ləğv edilib.

www.yenicag.az

5445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv