!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artur Rasizadənin ad günüdür – FOTOLAR

!Reklam – Yazi

1428255883_1426580745_2015-03-05-21-18-11971765653Bu gün Azərbaycanın baş naziri Artur Rasizadənin doğum günüdür.

Baş nazirin 81 yaşı tamam olur.

Uzun illərdir Azərbaycanda baş nazir postunu tutan A.Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirib.

A.Rasizadə iş fəaliyyətinə 1957 -ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Azərbaycan Neft Maşınqayırması ETİ “AzİNMAŞ”-da mühəndis vəzifəsində başlayıb, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləyib.

Daha sonralar Heydər Əliyevin sağ əli olacaq Artur Rəsizadə 1973-1975-ci illərdə “Azneftsənayemaş” birliyində baş mühəndis, 1975-1977-ci illərdə “İttifaqneftmaş” ЕİB rəisinin birinci müavini-baş mühəndis, 1977-1978-ci illərdə “AzİNMAŞ” “ Neft maşınqayırması ETİ-nin direktoru olub.

Vəzifələrdə pillə-pillə yüksələn nazir hələ 1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981-1986-ci illərdə Azərbaycan KP MK-də maşınqayırma şöbəsinin müdiri, 1986-1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində çalışıb. 1992-1994-ci illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə “DEKA-B” şirkətində məsləhətçi, 1994-1996-cı illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi vəzifəsində işləyib.

Rasizadənin uzun və peşəkar iş staji yolunu 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsindən salıb. Az keçməmiş peşəkarlığına görə 1996-cı ilin may ayından Azərbaycanın Baş nazirinin birinci müavini, 1996-2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust – noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləyib.

A.Rasizadə 2003-cü ilin noyabr ayından indiyədək Azərbaycanın Baş naziridir.

A.Rasizadə Baş nazir işlədiyi müddətdə müxtəlif orden və medallarla təltif olunub.

O, 2006-cı ildə “İstiqlal ordeni”, “Şərəf ordeni” , “Şöhrət ordeni”, “Şərəf nişanı”ordeni ilə təltif olunub.

www.yenicag.az

569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv