!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Arvadım evdən getməyimi istəyirdi" - "Çelsi"nin futbolçusu

!Reklam – Yazi

Mövsümün əvvəlində 62 milyon avroya “Real”dan “Çelsi”yə transfer olunan Alvaro Moratanın ilk günlərdə çətinlik çəkdiyi ortaya çıxıb.

Yenicag.az xəbər verir ki, İngiltərə kubokunda “Arsenal”la oyunda penaltini qaçıran Moratanın uzun müddət özünə gələ bilmədiyi məlum olub. 2 gün yatmayan və davamlı olaraq kefsiz olan Morata həyat yoldaşı Alis tərəfindən evdən qovulmaq üzrə olduğunu açıqlayıb:

“Qaçırdığım penaltidən sonra çox pis olmuşdum. Xüsusilə, ilk 2 gün çox çətin keçdi. Heç cür özümü ələ ala, bunu unuda bilmirdim. Arvadım evdən getməyimi istədi. Həmin günün sonunda güclü olmağa məcbur olduğumu anladım. Artıq özümü əla hiss edirəm. Komanda olaraq da, gözəl nəticələr qazanırıq. Əsas olan da budur”.

www.yenicag.az

1028
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv