“Arvadım məndən gizli Putinlə görüşüb və …”

Müəllif: Redaktor

Editor

JUJKOV1474446665Sentyabrın 24-də Moskvanın keçmiş Yuri Lujkovun 80 illik yubileyi Moskvanın “Kolomenskoe” parkında təntənəli sürətdə qeyd olunacaq.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, xeyli müddətidr ki, fermerliklə məşğul olan Lujkov ad günündə parkda 450 ədəd alma, armid və albalı ağacı əkəcək.

Yuri Lujkov şənbə günü ad günü ilə bağlı keçiriləcək bu iməclikdən xəbərsiz olduğunu və hər şeyi həyat yoldaşı Yelena Baturinanın təşkil etdiyi söyləyib.

“Bu iməclik haqda xəbərsiz idim. Bu həyat yoldaşımın ideyası idi. Məndən gizli o, Putinlə görüşüb və onun razılığını aldıqdan sonra parkda mərasimi təşkil edib. Bu hadisə vulqar-qlamur yubiley tədbirlərindən müsbətə doğru seçiləcək”.

Lujkov iməclik üçün ting, əlcəklər və s. lazımi vasitələri aldığını deyib . Ağacəkmə mərasiminə Rusiyanın tanınmış ictimai-siyasi xadimlərinin də qatılacağı gözlənilir.

Yuri Lujkov 1993-2011-ci illər ərzində 18 il Moskvanın meri səlahiyyətlərini icra edib.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır