www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Emin Mehdiyev və Namiq Məsimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Tamilla Nəsrullayevanın icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə hər iki şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib.

Oğurlanan pullar sahibinə qaytarılıb.

Hadisənin isə maraqlı tarixçəsi olub. E.Mehdiyev Binəqədi rayonunda Ramazan Əsgərovun mənzilində usta işləyib. R.Əsgərov ona gecəni bir yerdə keçirmək üçün qadın tapmasını tapşırıb. E.Mehdiyev isə evdə çoxlu pul olduğunu bildiyi üçün bu barədə tanışı Namiqə deyib.

Namiq öz həyat yoldaşını Ramazanın evinə gətirərək ona fahişə kimi təqdim edib. R.Əsgərov Namiqin arvadı ilə intim əlaqədə olan zaman o və tanışı Emin evdəki 12 min manatı oğurlayıblar.

Təqsirləndirilən şəxslər isə Namiqin arvadının Ramazan üçün yemək bişirməyə gəldiyini deyiblər.(qafqazinfo)

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 103
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."