Yazı İçi 468×60

 

boqmaq96af317b935b2cBakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Tural Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Kazımov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il iyun ayının 20-də Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsindəki fərdi yaşayış evində yaşayan 1988-ci il təvəllüdlü T.Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı boğaraq öldürüb. T.Kazımov hadisədən dərhal sonra polisə gedərək təslim olub. O, ilkin ifadəsində həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü bildirib. Ailənin birgə nikahdan 3 azyaşlı övladı qalıb.(trend)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."