!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arvadını və körpəsini xilas etdi, özü diri-diri yandı - Müəllimin faciəsi - VİDEO

!Reklam – Yazi

Noyabrın 11-də Abşeron rayonu Masazır qəsəbəsində yerləşən ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 3 otaqlı evdə gecə saatlarında yanğın baş verib.

Yenicag.az xəbər verir ki, həmin dəqiqələrdə evdə olan ailə üzvləri tüstünü hiss edərək, yuxudan oyanıbılar. Evin sahibi Əlibəndə Əliyev həyat yoldaşını və 2 azyaşlı  uşağını evdən çıxartmağa nail olub. Özü isə tüstüdən huşunu itirərək yıxılıb. Qonşular kömək etmək istəsələr də, güclü alov içəri girməyə imkan verməyib. Yalnız Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadasının hadisəyə müdaxiləsindən sonra alov söndürülüb. Ev sahibinin külə dönmüş cəsədi yığılaraq, doğmalarına təhvil verilib.

Əldə etdiyimiz məlumata görə, ev sahibi 37 yaşlı Əlibəndə Rasim oğlu Əliyev 6 il öncə ailə qurub. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs müəllimi olan Əlibəndəni hamı “Alik” kimi tanıyırmış. Uşaqların sevimlisi olan “Alik” müəllim neçə-neçə gəncə Azərbaycan rəqslərini öyrədən peşəkar xoreoqraf-rəqqas olub.

Zakirə Zakirqızı

www.yenicag.az

9192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv