!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arvadının başını kəsən şəxsin - Fotosu

!Reklam – Yazi

22 yaşlı qadın xüsusi amansızlıqla öldürülüb.

ARB TV xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.

Qətlə yetirilən Aysel Cəlilova iki ay əvvəl həyat yoldaşı, Qobustan rayon sakini 23 yaşlı İsrail Cəlilovdan boşanıb və həmin vaxtdan Biləcəri qəsəbəsində atasının evində yaşayıb. Son bir ayda Cəlilov ailəsini bərpa etmək niyyətinə düşüb.

Qayınatasının evinə gələrək həyat yoldaşı ilə barışmaq istədiyini bildirib. Qızın ailəsi oğlanın ailəsi yaxın qohum olduğundan onu bağışlayıb və İsrail Cəlilovu evə buraxıblar.

Axşam saat 23 radələrində keçmiş ərinin yanında olarkən Ayselin mobil telefonuna zəng gəlib. İsrail zəng edən şəxsin kim olduğunu və mobil telefonu haradan aldığını soruşanda isə qadın ona dəqiq söz deməyib.

İsrail Cəlilov – Saxlanılan şəxs: “Hasarın üstündən bir nəfər tullanıb, təzədən qayıtdı. Sonra yoldaşıma zəng gəldi. Mən telefon verməmişəm yoldaşıma. Soruşdum ki, “telefon kimindir?” demədi. Götürüb atdı yerə. Ondan sonra mən də gedib bıçağı götürdüm”.

Bundan əsəbiləşən keçmiş ər həyat yoldaşını aldadaraq evin hamam otağına çağırıb. Qapını arxadan bağlayıb və mətbəxdən götürdüyü bıçaqla qadının boğazını bir neçə yerdən kəsərək qətlə yetirib. Hadisə zamanı mərhumun atası və qardaşı evdə olub.

Həyat yoldaşını qətlə yetirən İsrail Cəlilov hamamda yuyunaraq evdən çıxıb və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gedərək təslim olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Yeniçağ.az

www.yenicag.az

686
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv