Yazı İçi 468×60

62468_wobrzfax97Fransanın “TV5Monde” beynəlxalq televiziya kanalında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş etdirilib.

Filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda, bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır.

Prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın layihə rəhbəri olduğu sənədli film faşizm üzərində Qələbənin 70 illiyinə həsr edilib. Çəkilişləri 14 ay davam edən filmin üzərində iş zamanı bir sıra ölkələrin arxivlərində çoxlu sayda sənəd araşdırılıb. Filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır.

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi noyabrın 13-də yerli vaxtla gecə saat 01:30–da “TV5Monde” televiziya kanalında yenidən yayımlanacaq. Filmə noyabrın 15-dək kanalın internet saytında da baxmaq olar.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."