!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arzu Rəhimova qarşı ağır korrupsiya izləri… – Faktlar

!Reklam – Yazi

1449207267_0001Neçə müddətdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun rəhbərliyi altında cərəyan edən özbaşınalıqlar dövrü mətbuatın diqqət mərkəzindədir. Buna qədər yazılanlar arasında dövlət xidmətinin yarandığı gündən bu yana yarıtmaz fəaliyyəti, bu yarıtmazlığın birbaşa olaraq rəhbərlikdən qaynaqlanması, SHXÇDX-də baş verən rüşvət və korrupsiya halları, habelə digər bu kimi faktlar ictimailəşdirilirdisə, bu dəfə anaxeber.az-ın toxunduğu  faktlar kifayət qədər ciddidir.

Söhbət Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Müdafiə” bölməsinin “Müdafiə Qüvvələri” köməkçi bölməsinin “Ordu və donanma” paraqrafı üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanması üçün nəzərdə tutulmuş vəsaitdən gedir. Bu yazıda Arzu Rəhimovun rəhbərlik etdiyi qurumda hansı maxinasiyalarla dövlət vəsaitinin mənimsənilməsinə dair faktlara toxunacayıq. İlk olaraq onu bildirək ki, əlimizdə olan sənəddə SHXÇDX-ə 2016-cı il üçün büdcədən 20 milyon 189 min 929 manat pul ayrılıb. Bu vəsaitin yarıdan artığı, yəni 10 milyon 452 min manatı ştatda olan işçilərin əmək haqqına nəzərdə tutulub. Maraqlı məqam sənəddə yer alan ikinci əmək haqqı bölümü ilə bağlıdır. Belə ki, ştatdankənar işçilərin əmək haqqı məbləğı 22 min 500 manat qeyd edilib. Məbləğ o qədər də böyük deyil, amma paradoksaldır. Öyrəndik ki, artıq neçə ildir ki SHXÇDX-də ştatdan kənar işçilər mövcud deyil. Bu faktı Xidmətin bir neçə rayon şöbəsinin rəhbəri media sorğusuna cavab olaraq da təsdiqləyib. Elə isə, büdcədən ayrılan 22 min 500 manat hara yönəldilir?

Arzu Rəhimovun idarəsinə 2016-cı il üçün ayrılan vəsaitlə bağlı digər bölmələr üzrə də  apardığımız araşdırmaların nəticəsi maraqlıdır. Məsələn, bu il Səfərbərlik Xidmətinə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 761 min 646 manat vəsait nəzərdə tutulub. Məbləğ adı görünə bilər. Amma bu rəqəm 4 il əvvəlki ilə müqayisədə fantastikdir: 38 dəfə çox!!! 2012-ci ildə Səfərbərlik Xidmətinə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 20 min manat vəsaitin ayrılıb. Halbuki, 4 il əvvəl dövlət büdcəsi bu ilki kimi qənaətcil formalaşmamışdı. Deyilə bilər ki, bu dörd il ərzində qiymət artımı məbləğin də bu qədər artmasına səbəb ola bilər. Olsun! Elə isə Səfərbərlik Xidmətinin maliyyəçiləri və başbilənləri başqa bir sualı cavablandırsınlar. Necə ola bilir ki, 2016-cı ildə ərzaq məhsullarının satın alınmasına 362 min manat nəzərdə tutulur, 2012-ci ildə isə 515 min manat. Belə çıxır ki, Səfərbərlik Xidmətinin işçiləri yeməklərini kəskin surətdə azaltdığından xəstələnib və dərman pereparatlarına ehtiyacın kəskin artması burdan yaranıb. Elə buradaca onu bildirək ki, bu istiqamətdə xərclərin kəskin artması elə Arzu Rəhimovun quruma rəhbər təyin olunması ilə artıb. Belə ki, 2012-ci ildə 20 min manatlıq xərc var idisə, 2013-cü ildə isə xidmətə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 100 min manat istifadə olunub.

Daha bir maraqlı məqam yumşaq inventarların və yataq ləvazimatlarının satın alınmasıilə bağlıdır. 2012-ci ildə bunun üçün 950 min manat xərclənib. Ötən illər də bu istiqamətdə xərclər kifayət qədər böyük olub. Bu il isə yumşaq inventar,yataq ləvazimatları, xüsusi geyimlərin alınmasına 300 min manat nəzərdə tutulub və bundan əlavə ayrıca olaraq inventar alınmasına 230 min manat ayrılıb. Yəni, hər il Səfərbərlik Xidmətində bir rayonun cehizlik mebelindən artıq mebel alınir…

Mövzunu davam etdirəcəyik…

 

www.yenicag.az

1433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv