rw60JL06ITiS“Mən Azərbaycanın hər bir gəncinə müraciət edirəm ki, dünyəvilik ideyalarını rəhbər tutsunlar. Azərbaycanın gələcəyi xoşbəxt olmalıdır. Bizim gənclər sabah Azərbaycan dövlətinin əsasını təşkil edəcək. Onlar dövlətimizi qoruyacaqlar”.

AzVision.az-ın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

Nardaran hadisələri barədə danışan F.Ələsgərov bildirib ki, dini radikalizim və digər neqativ hallar Azərbaycan cəmiyyətinə xas deyil: “Bizim gənclər də təbliğat işlərində aktiv olmalıdır. Dini radikalizim və ekstrizimlə mübarizə ilə bağlı Azərbaycanda bütün normativ aktlar mövcuddur. Bu normativ hüquqi aktların təkmilləşdirməsi ilə bağlı Azərbaycan parlamenti təşəbbüslə çıxış edib. Şübhəsiz ki, Azərbaycan gəncləri də dini radikal qruplarına qoşulmayacaq və dini radikalizim əlehinə təbliğat işləri aparacaqlar. Bu tip qruplara qoşulan gənləri düz yola dəvət edirik”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 10
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."