www.sinerjipro.net

SinerjiProWide
Reklam

Ağdaban soyqırımı – 1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Azərbaycanın gözəl güşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımdır.

Bu barədə saytımıza Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib:

“Ağdaban soyqırımı – bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işkəncələr verilməsi, yurdundan didərgin salınması ilə nəticələnmişdir. Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murov dağ silsiləsinin cənub ətəyində,rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.Kəndin 460 nəfər əhalisi vardı. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni seperatçıları tərəfindən hücuma məruz qalmışdır. Kənd bir gecədə tamamilə yandırılmış, kəndin 779 sakininə işgəncələr verilmişdir. İşğal zamanı ermənilər tərəfindən 67 nəfər qətlə yetirilib, 90-100 yaşlı 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfər itkin düşüb. Kənd əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişlər. Təəssüflə qeyd etmək lazımdır ki, xalqımızın başına gətirilən digər müsibətlər kimi bu faciəyə də dünya miqyasında hüquqi qiymət verilməyib. İkili standartlardan doğan bu yanaşmaya daha çevik və interaktiv təbliğatla qalib gəlmək mümkündür. Bu sahədə böyük təcrübəsi olan təşkilatımız “Ağdaban qətliamının tanıdılması məqsədilə iki dildə www.Agdaban.az(en.Agdaban.az) informasiya mərkəzinin yaradılması” layihəsini təklif etdi. Təklifimiz QHT-lərə Dövlət Dəstəyi Şurasından müsbət dəyərləndirildi və dəstək aldı. Hər il aprel ayında erməni terrorçuları türk dünyasına yönəlik “qondarma soyqırım” iddiaları irəli sürməkdədirlər. Ancaq dünya bilməlidir ki, APREL AYINDA ERMƏNİLƏRƏ QARŞI DEYİL, AZƏRBAYCANLILARA QARŞI DƏHŞƏTLİ SOYQIRIM TÖRƏDİLİBDİR. Çox təəssüf ki, bu soyqırım haqqında bir dənə də olsun informasiya resurs mərkəzi yaradılmayıbdır. Biz də Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq bu sahədə ciddi təcrübəyə malikik. Ümid edirəm tez bir zamanda saytımızın faydasını hiss edəcəyik. Biz eyni zamanda saytımızın ingilis dili versiyasının xaricdə təqdimatını da nəzərdə tutmuşuq”.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."