!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ASGA Azərbaycanı “SƏRHƏDSİZ DOSTLUQ” adlı festivalda təmsil edib – Rusiyada,Foto

!Reklam – Yazi

asfffRusiya Dövlət Turizm və Servis Universitetində “Sərhədsiz dostluq” adlı beynəlxalq festifal keçirilib.

Dünyaca məşhur olan, ənənəvi olaraq hər il keçirilən festifalda ölkəmizi Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi təmsil edib.

Festifal zamanı hər bir ölkə öz milli-mədəni irsini müxtəlif formalarda, stendlərdə təqdim edib. Qürurverici məqam ondan ibarətdi ki, bir neçə ölkənin içərisində ən böyük stend məhz Azərbaycana aid olub.

Stendə milli-mədəni nümunələrimiz, milli mətbəximizin çeşidləri ilə yanaşı Bakıda keçriləcək Formla 1 yarışlarının təbliği ilə bağlı əyani vəsaitlər də yerləşdirilmişdir.

Festifalı Rusiya Dövlət Turizm və Servis Universitetin rektoru Fedulin Aleksandr Alekseyeviç açaraq stendlərlə yaxından tanış oldu. ASGA Rusiya nümayəndəliyinin fəal üzvü Elxan Əlizadə və Yulya Kucay stend haqqında rektora geniş məlumat verərək ona Azərbaycan mədəniyyətini təbliğ edən hədiyyələr təqdim edib. Universitet rəhbərliyinə Azərbaycan Slavyan Gənclər Assosiasiyası haqqında məlumat verdi və universitetdə yaradılan şəraitə görə rektora təşəkkür etdi.

Rektor isə öz növbəsində Azərbaycan xalqına və Prezident İlham Əliyevə xüsusi münasibət bəslədiyini dedi. O, həmçinin, Azərbaycanın sürətli inkişaf yolu və cənab prezident İlham Eliyevin uğurlu siyasətindən söz açıb.

Rusiya Dövlət Turizm və Servis Universitetin tərbiyə işləri üzrə prorektoru Yudin Vyaçeslavoviç Azərbaycan mədəniyyətinin, mətbəxinin zənginliyindən söz açdı və Azərbaycana qarşı daima ülvi hisslər bəslədiyini dedi.

Festivalın ən maraqlı hissəsi isə tələbələrin iştirakı ilə konsert proqramı oldu. Azərbaycanı Tahirə Məhərrəmova milli musiqimizin ifası ilə uğurla təmsil etdi.

Sonda Universitet rəhbərliyi tərəfindən Azərbaycan təmsilçiləri diplomla təltif edildi.

www.yenicag.az

857
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv