!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ASGA bəyanat yaydı

!Reklam – Yazi

12376185_526134930888461_6993429420598433903_nAzərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyi Azərbaycanın xaricdəki diaspor təşkilatlarına yönələn ittihamlara etiraz olaraq bəyanat yayıb.

Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyindən verilən məlumata görə, bəyanatda bildirilir:

“Rusiya Federasiyasında yüzlərlə Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir və onların hər biri Azərbaycan dövlətinin və xalqının maraqlarını qoruyur. Rusiyadakı azərbaycanlılar digər millətlərin diaspor təşkilatları ilə sıx əməkdaşlıq edir və onların təcrübəsindən yararlanmaqla yanaşı özünün əldə etdiyi naliyyətləri onlarla bölüşür, işgüzar və mədəni əlaqələr qurur, bütün gücünü, potensialını, enerjisini tarixi vətənimizin maraqlarını qorumaq və müdafiə etmək üçün yönəldir.
Əsası Azərbaycan xalqının umummilli lideri Heydər Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin tərəfindən qoyulan Ümumrusiya Azərbaycan Konqresi, Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan Azərbaycan Rusiya Gənclər Birliyi nəinki tək mərkəzi şəhərlərdə, bütün reqionları öz ətrafında sıx birləşdirir. Azərbaycanlıları bir amala, bir məqsədə qulluğa dəvət edir.

Bu illər ərzində Rusiyadakı Azərbaycan diasporu tərəfindən erməni təxribatlarına, Ermənistanın işğalçı siyasətinə, Avropanın ədalətsiz media basqılarına qarşı onlarla etirazlar, Avropa ölkələrinin və Rusiya parlamentinə çoxsaylı şikayət məktubları yazılıb, aksiyalar keçirilib, nümayiş və piketlər təşkil edilib. Rusiyadakı Azərbaycan diasporunun qarşısına qoyduğu ən vacib məsələlərindən biri Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımının tanıdılması istiqamətində gördüyü işlərdir. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün aqibəti haqqında Rusiya içtimaiət nümayəndələrini məlumatlandıraraq, bu məsələni diqqət mərkəzində saxlamağa çalışırq.

KİV nümayəndələrinin Azərbaycanın diasporuna maraq göstərmələri və fəaliyyətimizi işıqlandırmaları Rusiyada yaşayan azərbaycanlılar olaraq bizi sevindirir, həm də Vətən ilə daha bir ünsiyyət vasitəsi qazandırmış olur. Əlbəttə ki, bəzən tənqidi fikirlər səslənir, bu da demokratik diaspora cəmiyyət üçün normal bir hal kimi qəbul edilir. Lakin təəssüf ki, bəzən bir və ya bir neçə hadisə üzərində qurulan haqlı, yaxud haqsız tənqidi mülahizələr bütün Azərbaycan diasporuna şamil edilir və bütün ictimai təşkilatların fəaliyyətinə kölgə salır. Bu cür hadisələr Rusiya azərbaycanlılarını məyus edir. Jurnalistika məsuliyyətli bir peşədir. Onun ilk və yeganə silahı həqiqət olmalıdır. Həqiqiliyi sübuta yetirilməmiş bir iddiaya əsalanaraq, yüzlərlə insanın imicinə zərbə vurmaq, nüfuzuna xələl gətirmək, zəhmətini dəyərsizləşdirmək yolverilməzdir. ASGA Rusiya nümayəndəliyi ümüd edir ki, bu çətin dövrdə harada yaşamağından və hansı fəaliyyət növü ilə məşğul olmasından asılı olmayaraq azərbaycanlılar, qarşıya çıxan çətin məsələləri bir-birilə əlaqəli və qarşılıqlı hörmət əsasında həll etsinlər. Birlik və həmrəyliyin ideya məzmunu da elə bundan ibarətdir”.

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv