ASGA ilk dəfə səs verənləri maarifləndirdi -Qubada-Foto

ASGA ilk dəfə səs verənləri maarifləndirdi -Qubada-Foto

Müəllif: Redaktor

Baş Redaktor

1-772Bugün Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Qubada Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasınınmaliyyə dəstəyi ilə həyata keçirdiyi “Mənim ilk səsim” VİRTUAL TƏBLİĞAT MƏRKƏZİ (Election.az) layihəsi çərçivəsində tədbir və Election.az saytının təqdimatını keçirib.

ASGA, Quba rayon Gənclər və idman İdarəsi və Azərbaycan Müəllimlər İnstitunun Quba rayon filialının təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ziyalıları, QHT və media nümayəndləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Quba rayon Gənclər və idman İdarəsinin rəisi Musatafa Nöhbalıyev açaraq tələbə gənclərin ölkənin ictimai həyatında aktiv fəaliyyətinin vacibliyindən danışdı: “Hesab edirəm ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün kifayət qədər imkanlar yaradılıb. Bügün Azərbaycan gəncliyi bütün mümkün imkanlardan istifadə edərək Azərbaycanşünaslıın dünyada təbliğ etməlidir. Biz rayon Gənclər və idman İdarəsi olaraq bu istiqamətdə bir çox işlər görmüşük və görməkdəyik. Hesab edirəm bu layihənin əsas üstünlüyü ondan ibarətdir ki, ilk dəfə səs verən gənclər daha aktiv şəkildə seçki proseslərində iştirak edəcəklər.”

ASGA-nın sədri Səbuhi Abbasov isə çıxış edərək layihə haqqında iştirakçılara məlumat verdi: “Son statistik məlumatlara görə ölkəmizdə 125 Seçki dairəsi, 5386 Seçki məntəqəsi fəaliyyət göstərir. Ümumi seçicilərin sayı 5 093 289 nəfər təşkil edir ki, bunlardanda 2 436 603 nəfəri (48.21 faizi) kişi, 2 617 852 (51,79 faiz) qadınlar təşkil edir. Yaşı 18 olan, yəni ilk dəfə seçkilərdə iştirak edənlərin sayı isə 33 746 nəfər, yaşı 19-26 olan gənclərin sayı isə 879 292 nəfər təşkil edir. Bu da öz növbəsində bu tip layihələrin reallaşmasını zəruri edir. Bugün Azərbaycan dünyada azad söz, azad internet təminatçısı və şəffaf seçkilərin keçirildiyi tolerant ölkə kimi tanınır. Bütün bu uğurlara görə təbii ki, biz ilk növbədə Ulu Öndər Heydər Əliyevə borcluyuq. Bugün bu siyasi kurs Cənab Prezident tərəfindən uğurla davam etdirilməkdədir. Bu mənada mən ASGA adından Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və dəstək olan hər kəsə təşəkkür edirəm”

Daha sonra Azərbaycan Müəllimlər İnstitunun Quba rayon filialının tədris və elmi işlər üzrə direktor müavini İsmayıl Mahmudov çıxış edərək gənclərin maarifləndirilməsi istiqamətində təhsil imkanlarının düzgün müəyyənləşdirilməsinin önəmliliyindən danışdı. O, təhsil sistemində seçki ilə bağlı xüsusi maarifləndirmə proqramının salınmasının vacibliyindən danışdı.

Sonda ilk dəfə səs verəcək gəncləri maraqlandıran mövzular ətrafında disskusiyalar aparıldı.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Mənim ilk səsim” VİRTUAL TƏBLİĞAT MƏRKƏZİ (Election.az) layihəsi ölkənin bir çox regionlarında davam edəcəkdir.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti