!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ASGA “QARABAĞ DÜNƏN, QARABAĞ BU GÜN, QARABAĞ SABAH” filmini təqdim etdi - GƏNCƏDƏ

!Reklam – Yazi

Bu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi 2006-cı ildən bəri ölkəmizin milli maraqlarına xidmət edən bir sıra layihələr reallaşdırıb.

Azərbaycan həqiqətlərini dünyada, xüsusən də Slavyan ölkələrində təbliğini qarşıya hədəf kimi qoyan ASGA daha bir layihəyə imza atmaqdadır. Belə layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Cənubi Qafqaz və Azərbaycanın ilk xəbər kanalı “Arb24”ün texniki dəstəyi ilə reallaşan “QARABAĞ DÜNƏN, QARABAĞ BUGÜN, QARABAĞ SABAH” layihəsidir. Layihə çərçivəsində Qarabağ həqiqətlərini özündə ehtiva edən qısametrajlı filmin hazırlanması qarşıya hədəf kimi qoyulub. Layihə çərçivəsində həm Bakıda, həm ölkəmizin bir sıra regionlarında, həm də Slavyan ölkələrində qısametrajlı filmin təqdimatının keçirilməsi nəzərdə tutulub.

İlk təqdimat layihəsi bugün Gəncə şəhərində baş tutub. Tədbiri giriş sözü ilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov açaraq ev sahibi kimi qonaqları salamladı. M.Cəfərov son illər Gəncədə aparılan uğurlu gənclər siyasətindən danışdı: “Bugün ölkədə həyata keçirilən gənclər siyasəti həqiqətlərimizi dünya ictimaiyyətinə geniş şəkildə çatdırılmasına imkan verir”

Sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək layihə çərçivəsində görülən işlərdən danışdı: ” Üç ay davam edənk layihə çərçivəsində hazırladığımız videoçarx olduqca maraqlı sujetə malikdir. Qarabağ tarixinin müqayisəli təhlilinə həsr olunacaq qısametrajlı filmdə həm də bir çox tanınmış şəxslərdən müsahibələr alınıb. QARABAĞ DÜNƏN, QARABAĞ BUGÜN, QARABAĞ SABAH” adı altında ölkəmizdə bir çox QHT-lər konfranslar, dəyirmi masalar, tədbirlər həyata keçiriblər. Bu sahədə ilin bütün aylarında, elə bu adda müxtəlif formatlı tədbirlərin keçirilməsinə çox böyük ehtiyac var. Hesab edirəm bizim hazırlayacağımız qısametrajlı film bu tendensiyanın uğurlu davamı olacaqdır. Eyni zamanda layihə təklifini dəstəkləyən Gənclər Fonduna xüsusi təşəkkürümü bildirirəm. Prezident İlham Əliyev demək olar ki, bütün görüşlərində, çıxışlarında gənclərin virtual müharibədə fəallığının vacibliyini qeyd edib. Biz də çalışırıq ki, bu istiqamətdə fəaliyyətimizi daha sistematik və innovativ edək. Qısametrajlı filmin həm regionlarda, həm də Slavyan ölkələrində təqdimatı da nəzərdə tutulub. Eyni zamanda biz videonu daha geniş coğrafiyada yayımlanması üçün xüsusi proqram hazırlamışıq”

Cənubi Qafqaz və Azərbaycanın ilk xəbər kanalı “Arb24” telekanalının baş direktoru, Qarabağ müharibəsi iştirakçısı, siyasi icmalçı Nadir Şəfiyev çıxış edərək Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərdə medianın rolundan danışdı. N.Şəfiyev bu kimi filmlərin hazırlanmasının haqq mübarizəmizdə xüsusi rolu olduğunu dedi. O, həmçinin televiziyaların imkanlarından istifadə etməklə bu kimi filmlərin dünya miqyasına çıxarılmasının önəmidən danışdı.

Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmisi Kənan Məmmədov çıxış edərək QHT-lərin bu sahədəki fəaliyyətinin vacib olduğunu dedi. Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərin təbliğində İKT-nin rolundan danışan K.Məmmədov bu istiqamətdə Gəncədə həyata keçirilən tədbirlərdən danışdı.

Bu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi 2006-cı ildən bəri ölkəmizin milli maraqlarına xidmət edən bir sıra layihələr reallaşdırıb. Azərbaycan həqiqətlərini dünyada, xüsusən də Slavyan ölkələrində təbliğini qarşıya hədəf kimi qoyan ASGA daha bir layihəyə imza atmaqdadır. Belə layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Cənubi Qafqaz və Azərbaycanın ilk xəbər kanalı “Arb24”ün texniki dəstəyi ilə reallaşan “QARABAĞ DÜNƏN, QARABAĞ BUGÜN, QARABAĞ SABAH” layihəsidir. Layihə çərçivəsində Qarabağ həqiqətlərini özündə ehtiva edən qısametrajlı filmin hazırlanması qarşıya hədəf kimi qoyulub. Layihə çərçivəsində həm Bakıda, həm ölkəmizin bir sıra regionlarında, həm də Slavyan ölkələrində qısametrajlı filmin təqdimatının keçirilməsi nəzərdə tutulub.

İlk təqdimat layihəsi bugün Gəncə şəhərində baş tutub. Tədbiri giriş sözü ilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov açaraq ev sahibi kimi qonaqları salamladı. M.Cəfərov son illər Gəncədə aparılan uğurlu gənclər siyasətindən danışdı: “Bugün ölkədə həyata keçirilən gənclər siyasəti həqiqətlərimizi dünya ictimaiyyətinə geniş şəkildə çatdırılmasına imkan verir”

Sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək layihə çərçivəsində görülən işlərdən danışdı: ” Üç ay davam edənk layihə çərçivəsində hazırladığımız videoçarx olduqca maraqlı sujetə malikdir. Qarabağ tarixinin müqayisəli təhlilinə həsr olunacaq qısametrajlı filmdə həm də bir çox tanınmış şəxslərdən müsahibələr alınıb. QARABAĞ DÜNƏN, QARABAĞ BUGÜN, QARABAĞ SABAH” adı altında ölkəmizdə bir çox QHT-lər konfranslar, dəyirmi masalar, tədbirlər həyata keçiriblər. Bu sahədə ilin bütün aylarında, elə bu adda müxtəlif formatlı tədbirlərin keçirilməsinə çox böyük ehtiyac var. Hesab edirəm bizim hazırlayacağımız qısametrajlı film bu tendensiyanın uğurlu davamı olacaqdır. Eyni zamanda layihə təklifini dəstəkləyən Gənclər Fonduna xüsusi təşəkkürümü bildirirəm. Prezident İlham Əliyev demək olar ki, bütün görüşlərində, çıxışlarında gənclərin virtual müharibədə fəallığının vacibliyini qeyd edib. Biz də çalışırıq ki, bu istiqamətdə fəaliyyətimizi daha sistematik və innovativ edək. Qısametrajlı filmin həm regionlarda, həm də Slavyan ölkələrində təqdimatı da nəzərdə tutulub. Eyni zamanda biz videonu daha geniş coğrafiyada yayımlanması üçün xüsusi proqram hazırlamışıq”

Cənubi Qafqaz və Azərbaycanın ilk xəbər kanalı “Arb24” telekanalının baş direktoru, Qarabağ müharibəsi iştirakçısı, siyasi icmalçı Nadir Şəfiyev çıxış edərək Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərdə medianın rolundan danışdı. N.Şəfiyev bu kimi filmlərin hazırlanmasının haqq mübarizəmizdə xüsusi rolu olduğunu dedi. O, həmçinin televiziyaların imkanlarından istifadə etməklə bu kimi filmlərin dünya miqyasına çıxarılmasının önəmidən danışdı.

Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmisi Kənan Məmmədov çıxış edərək QHT-lərin bu sahədəki fəaliyyətinin vacib olduğunu dedi. Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərin təbliğində İKT-nin rolundan danışan K.Məmmədov bu istiqamətdə Gəncədə həyata keçirilən tədbirlərdən danışdı.

SondaAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası ictimai Birliyi adından filmin ərsəyə gəlməsində xüsusi xidmətləri olan “Arb24” telekanalının əməkdaşlarına təşəkkürnamələr təqdim olundu.

Yenicag.Az

www.yenicag.az

962
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv