1477985535_qassddBu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi 2006-cı ildən bəri ölkəmizin milli maraqlarına xidmət edən bir sıra layihələr reallaşdırıb. Azərbaycan həqiqətlərini dünyada, xüsusən də Slavyan ölkələrində təbliğini qarşıya hədəf kimi qoyan ASGA daha bir layihəyə imza atmaqdadır. Belə layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan “QARABAĞ DÜNƏN, QARABAĞ BUGÜN, QARABAĞ SABAH” layihəsidir. Layihə çərçivəsində Qarabağ həqiqətlərini özündə ehtiva edən videoçarxın hazırlanması qarşıya hədəf kimi qoyulub

Layihə çərçivəsində həm Bakıda, həm ölkəmizin bir sıra regionlarında, həm də Slavyan ölkələrində VİDEOÇARXIN təqdimatının keçirilməsi nəzərdə tutulub.

Bu barədə saytımıza Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov məlumat verərək layihə çərçivəsində görüləcək işlərdən danışdı: “Bu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) bu illər ərzində həyata keçirdiyi layihələrin böyük əksəriyyəti ölkəmizin dünyada təbliğinə həsr olunub. Bizim komanda eyni zamanda Azərbaycan həqiqətlərinin dünya gənclərinə çatdırılmasınada, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən informasiya savaşında fəal iştirak edərək düşmənə layiqli cavab verməkdədir. Üç ay davam edəcək layihə çərçivəsində hazırlayacağımız videoçarx olduqca maraqlı sujetə malikdir. Qarabağ tarixinin müqayisəli təhlilinə həsr olunacaq videoçarxda həm də bir çox tanınmış şəxslərdən müsahibələr alınacaqdır. QARABAĞ DÜNƏN, QARABAĞ BUGÜN, QARABAĞ SABAH” adı altında ölkəmizdə bir çox QHT-lər konfranslar, dəyirmi masalar, tədbirlər həyata keçiriblər. Bu sahədə ilin bütün aylarında, elə bu adda müxtəlif formatlı tədbirlərin keçirilməsinə çox böyük ehtiyac var. Hesab edirəm bizim hazırlayacağımız videoçarx bu tendensiyanın uğurlu davamı olacaqdır. Eyni zamanda layihə təklifini dəstəkləyən Gənclər Fonduna xüsusi təşəkkürümü bildirirəm. Prezident İlham əliyev demək olar ki, bütün görüşlərində, çıxışlarında gənclərin virtual müharibədə fəallığının vacibliyini qeyd edib. Biz də çalışırıq ki, bu istiqamətdə fəaliyyətimizi daha sistematik və innovativ edək. Videoçarxın həm regionlarda, həm də Slavyan ölkələrində təqdimatı da nəzərdə tutulub. Eyni zamanda biz videonu daha geniş coğrafiyada yayımlanması üçün xüsusi proqram hazırlamışıq”

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."