ASGA və TTV (Türkel TV) ilk dəfə səs verənləri maarifləndirdi – TOVUZDA+FOTOLAR

Müəllif: Redaktor

Editor

????????????????????????????????????

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası və TTV (Türkel TV) Tovuzda“Mənim ilk səsim” VİRTUAL TƏBLİĞAT MƏRKƏZİ və Election.az saytının təqdimatını keçirdi.

Bugün Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Tovuzda, TTV (Türkel TV) – nin informasiya dəstəyi ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Mənim ilk səsim” VİRTUAL TƏBLİĞAT MƏRKƏZİ (Election.az) layihəsi çərçivəsində tədbir və Election.az saytının təqdimatını keçirib. Tədbirdə QHT nümayəndələri, media kapitanları və ilk dəfə səs verən gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə ASGA-nın sədri Səbuhi Abbasov açaraq layihə haqqında iştirakçılara məlumat verdi: “Son statistik məlumatlara görə ölkəmizdə 125 Seçki dairəsi, 5386 Seçki məntəqəsi fəaliyyət göstərir. Ümumi seçicilərin sayı 5 093 289 nəfər təşkil edir ki, bunlardanda 2 436 603 nəfəri (48.21 faizi) kişi, 2 617 852 (51,79 faiz) qadınlar təşkil edir. Yaşı 18 olan, yəni ilk dəfə seçkilərdə iştirak edənlərin sayı isə 33 746 nəfər, yaşı 19-26 olan gənclərin sayı isə 879 292 nəfər təşkil edir. Bu da öz növbəsində bu tip layihələrin reallaşmasını zəruri edir. Bugün Azərbaycan dünyada azad söz, azad internet təminatçısı və şəffaf seçkilərin keçirildiyi tolerant ölkə kimi tanınır. Bütün bu uğurlara görə təbii ki, biz ilk növbədə Ulu Öndər Heydər Əliyevə borcluyuq. Bugün bu siyasi kurs Cənab Prezident tərəfindən uğurla davam etdirilməkdədir. Bu mənada mən ASGA adından Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və dəstək olan hər kəsə təşəkkür edirəm”

Daha sonra TTV (Türkel TV) – nin baş redaktor müavini Allahverdi Şəfiyev çıxış edərək gənclərin maarifləndirilməsi istiqamətində İKT imkanlarının düzgün müəyyənləşdirilməsinin önəmliliyindən danışdı. O, təhsil sistemində seçki ilə bağlı xüsusi maarifləndirmə proqramının salınmasının vacibliyindən danışdı: “Hesab edirəm ki, ilk dəfə səs verən gənclərin seçki maarifləndirilməsində KİV böyük rola malikdir. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün kifayət qədər imkanlar yaradılıb. Bügün Azərbaycan gəncliyi bütün mümkün imkanlardan istifadə edərək Azərbaycanşünaslıın dünyada təbliğ etməlidir. Biz TTV (Türkel TV) olaraq bu istiqamətdə bir çox işlər görmüşük və görməkdəyik. Ölkəmiz azad internet ölkəsidir. Hesab edirəm bu layihənin əsas üstünlüyü ondan ibarətdir ki, ilk dəfə səs verən gənclər daha aktiv şəkildə seçki proseslərində iştirak edəcəklər”

Daha sonra ilk dəfə səs verən gəncləri maraqlandıran suallar ətrafında disskusiya aparıldı.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Mənim ilk səsim” VİRTUAL TƏBLİĞAT MƏRKƏZİ (Election.az) layihəsi ölkənin bir çox regionlarında davam edəcəkdir.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir