Tanınmış iş adamı və iqtisadçı, “Xəmsə” MMC-ni təsisçisi Mürvət Həsənli hüquqşünas Aslan İsmayılovun ermənilərə təəssübkeşliyi barədə şok faktlar açıqlayıb.

M.Həsənli “Ölkə.Az”-a açıqlamasında bildirib ki, Aslan İsmayılov 1988-ci ilin Sumqayıt hadisələri ilə bağlı keçirilən məhkəmədə ittihamçı kimi çıxış edib:

“Əgər Aslan İsmayılovun cəsarəti varsa, həmin çıxışını mətbuata açıqlasın. Çünki həmin vaxtı Aslan İsmayılov SSRİ hökumətinin “düşmən” elan etdiyi adamların güllələnməsini tələb edib. Hətta, bir neçə nəfərin güllələnməsinə nail olub. İndi Aslan İsmayılov bütün bunları gizlədir”.

İş adamı deyib ki, 1988-ci ildə Sumqayıt hadisələri baş verəndə Azərbaycanda xalq hərəkatı başlamışdı:

“Hərəkatı yatırtmaq üçün Moskvadan Bakıya xüsusi qrup göndərilmişdi. Çünki o zaman Kreml hakimiyyəti Azərbaycanın hüquq-mühafizə orqanlarına inanmırdı. Düşünürdülər ki, məhkəmə prosesini Azərbaycanın hüquq-mühafizə orqanları aparsa, tərəfkeşlik ediləcək və sairə. Təbii ki, bu doğru idi və azərbaycanlılar öz soydaşlarımızı qoyub ermənilərin tərəfini tutmayacaqdı. Bunun üçün də SSRİ hüquq-mühafizə orqanlarından ibarət qrup yaradılmışdı və Bakıya gəlmişdi. Həmin qrupun içərisində Aslan İsmayılov da var idi. Aslan İsmayılov Azərbaycana bizi qorumaq üçün deyil, Rusiyanın nümayəndəsi, məhkəmə ittihamçısı kimi göndərilmişdi. Aslan İsmayılov ona həvalə olunan vəzifəni canla-başla yerinə yetirirdi. O, Sumqayıt hadisələri ilə bağlı məhkəmədə ittihamçı prokuror kimi çıxış edərək, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan bir neçə adamın güllələnməsinə nail olub”.

M.Həsənli qeyd edib ki, Aslan İsmayılovun həmin çıxışı Ali Məhkəmənin arxivlərində də var:

“Araşdırmaq istəyən gedib baxa bilər. Həmin çıxış ortaya çıxarılsa, görəcəksiniz ki, Aslan İsmayılov Sumqayıt hadisələri ilə bağlı azərbaycanlılara necə hücum edib, ermənilərin isə necə müdafiəsinə qalxıb. Hətta, azərbaycanlılara ölüm hökmü tələb edərək, bir neçəsinin güllələnməsinə nail olub. İndi bu cür adamların kimisə “ruspərəst” və ya “ermənipərəst” adlandırması gülüncdür. Hamı yaxşı bilməlidir ki, Aslan İsmayılov 1988-ci ildə rəsmi olaraq Rusiyanın nümayəndəsi kimi Azərbaycana göndərilib. Görünür ki, Aslan İsmayılov hələ də müəyyən mərkəzlərə xidmət edir”.

Xatırladaq ki, AMİP funksioneri Əli Orucov da Aslan İsmayılovu “Rusiya xüsusi xidmət orqanına bağlı olan “Beşinci kolon”un Azərbaycandakı nümayəndəsi” adlandırıb.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 68
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."