www.sinerjipro.net

SinerjiProWide
Reklam

Avropa Şurası Parlament Assambleyasına (AŞPA) yeni president seçilib.

Yenicag.az xəbər verir ki, AŞPA-nın bu gün başlayan payız sessiyasında yeni prezidenti üçüncü turdan sonra seçmək mümkün olub. Səsvermədə 216 deputat iştirak edib. Avropa Xalq Partiyası qrupundan (EPP) xanım Stella Kyriakides (Kipr) 132 səslə qurumun yeni prezidenti seçilib.

Digər namizəd Emanuelis Zingeris (Litva) 84 səs qazanıb.

Yeni prezident 2018-ci ilin yanvar ayına qədər bu vəzifəni icra edəcək. AŞPA-nın yanvarda keçiriləcək qış sessiyasında qurumun yeni prezidenti seçiləcək.

AŞPA prezidenti Pedro Aqramunt oktyabrın 6-da istefa verib. Onun səlahiyyət müddəti 2018-ci ilin yanvarında başa çatırdı.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 595
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."