AŞPA müşahidə missiyasının üzvləri MSK-da olublar

Müəllif: Redaktor

Editor

скачанные файлыBu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Milli Məclisə keçiriləcək seçkilərin müşahidəsi üçün yaradılmış xüsusi komitəsinin üzvləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, MSK sədri rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və onun müxtəlif qurumları ilə çoxillik əlaqələrinə daim önəm verdiyini, seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Nümayəndə heyətinin rəhbəri Xordi Şukla bu il Azərbaycan parlamentinə keçiriləcək seçkilərə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb. Nümayəndə heyətinin suallarını cavablandıran MSK sədri vətəndaşlarımızın aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilmiş tədbirlər, atılmış addımlar və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib. Görüşdə müxtəlif sahələrdə qurumlararası əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb(APA).


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir