AŞPA-nın Azərbaycana səfəri başlayıb

Müəllif: Redaktor

Editor

b456836c2da2973dd2b04d574785e5eaNoyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə edəcək AŞPA müşahidə missiyasının Azərbaycana səfəri başlayıb.

Bu barədə Avropa Şurasının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Müşahidə missiyasına ispaniyalı parlamentar Jordi Çukla başçılıq edir. Səfər zamanı 30 nəfərdən ibarət komanda Milli Məclisdə təmsil olunan partiyalar, parlament qruplarının rəhbər və nümayəndələri, həmçinin parlamentdən kənar müxalifət partiyaları və hərəkat üzvləri, həmçinin media və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəklər.

Seçki günü nümayəndə heyətinin üzvləri ölkənin müxtəlif regionlarında səsvermənin gedişini izləyəcək.

Seçkidən sonra nümayəndə heyəti mətbuat konfransı keçirəcək(APA).


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir