aspa_azvision.az12cBu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti – qış sessiyası başlayır.

Sessiyada Avropada mühacir problemi, Suriya və İraqdakı əcnəbi silahlılar, Avropa Şurasına üzv ölkələrdə insan haqlarının müdafiəsinin möhkəmlənməsi məsələlərini də müzakirə edəcək.

Sessiyada Azərbaycan üzrə iki hesabat müzakirə ediləcək. Belə ki, yanvarın 26-da Robert Uolterin (Britaniya) “Dağlıq Qabağda və Azərbaycanın işğal altında olan başqa ərazilərində gərginlik”, Bosniya və Herseqovinadan olan deputat Militsa Markoviçin “Azərbaycanın sərhədyanı regionlarının əhalisi qəsdən içməli sudan məhrum edilirlər” hesabatları müzakirəyə çıxarılacaq.

Sessiya çərçivəsində Bolqarıstan prezidenti Rosen Plevneliyevin də çıxış edəcəyi gözlənilir. Həmçinin Avropa İnsan Haqları Məhkəməsinin hakimləri də seçiləcək.

Qeyd edək ki, sessiya yanvarın 29-da başa çatacaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."