www.sinerjipro.net

SinerjiProWide
Reklam

201286101153313734_20Qazaxıstan paytaxtında Suriya böhranının həllinə dair nəzərdə tutulan toplantıda bu ölkənin müxalifətini Riyad Fərid Hicabın təmsil edəcəyi bildirilir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Riyad Ferid Hicab BMT-nin təşəbbüsü ilə Cenevredə təşkil olunan danışıqlarda da Suriya müxalifətini təmsil edib. Məlumata görə, R.F. Hicab dekabrın 28-də məxfi şəkildə Ankaraya gəlib. Rusiya nümayəndələri onun anlaşma ilə bağlı razılığını aldıqdan sonra digər prosedurlar tamamlanıb və dekabrın 29-da atəşkəs xəbəri açıqlandı.

Riyad Fərid Hicab kimdir?

50 yaşlı bu suriyalı siyasətçi Ərəb Sosialist Dirçəliş Partiyasının (BAAS) yetirməsidir. 2011-ci ildə – Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl BAAS-ın Deyrüzor şöbəsindən azad edilərək, Lazkiyenin valisi təyin olunub. 2012-ci ildə Suriyanın Nazirlər Kabinetinə vəzifəyə gətirilib. Lakin sonra ölkəni bürüyən etirazların yatırılması məsələsində prezident Əsədlə aralarında narazılıq yaranır və o, Kənd Təsərrüfatı Nazirliynə “göndərilir”. Ancaq bir müddət sonra aradan itən R.F. Hicabın səsi İordaniyadan gəlir və o vaxtdan ölkə müxalifətini yüksək səviyyədə təmsil edir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 43
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."