!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Astanada XIII Avrasiya Media Forumu keçirilir

!Reklam – Yazi

imageBu gün Qazaxıstanın paytaxtı Astana şəhərində XIII Avrasiya Media Forumunun rəsmi açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, açılış mərasimində Qazaxıstan baş nazirinin müavini, forumun Təşkilat Komitəsinin sədri Dariqa Nazarbayeva Qazaxıstan prezidenti Nursultan Nazarbayevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub və forumu açıq elan edib.

Qeyd edək ki, üç gün davam edəcək forumun aparıcısı məşhur amerikalı jurnalist Riz Xandır. Tədbirin məruzəçiləri sırasında Əfqanıstanın keçmiş prezidenti Həmid Karzay, Böyük Britaniyanın sabiq xarici işlər naziri Cek Strou, Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov, Türkiyə baş nazirinin müşaviri Əli Osman Öztürk, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və bir sıra məşhur siyasət, biznes, media adamları var.

Forum iştirakçıları dünya iqtisadiyyatının hazırkı durumu, qlobal iqtisadi böhran, neftin qiyməti, Yaxın Şərqdə baş verən hadisələr, Avropa İttifaqının gələcəyi və s. mövzularda müzakirələr aparacaq, məruzələr dinləyəcəklər.

Azərbaycanı XIII Avrasiya Media Forumunda JTI şirkətinin dəstəyi ilə “musavat.com” saytının baş redaktoru Xalid Kazımlı və APA TV-nin xəbər müdiri Cavid İsmayıl təmsil edir.

 

www.yenicag.az

727
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv