!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Astarada ağır qəza: ölən və xəsarət alanlar var

!Reklam – Yazi

Astara rayonunda 1 nəfərin ölümü, daha 6 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Ərcivan qəsəbəsində, yeni istifadəyə verilmiş körpüdə qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik maşınının, Lənkəran-Astara marşrutu ilə hərəkət edən “Ford” sərnişin mikroavtobusunun və yük avtomobilinin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü Lənkəran sayon sakini Rzayev Elgün Vaqif oğlu ölüb. Hadisə zamanı daha 6 nəfəri xəsarət alıb.

Yaralılar Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

2735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv