asata
Lənkərən şəhər O.Mirzəyev adına Qarışıq Tipli Uşaq evinin məzunu Tural Abiyev dövlət tərəfindən ona verilən torpağına sahib çıxa bilmir.

O, doğulduğu Astara rayonu ərazisində dövlətin ona verdiyi torpaq sahəsinin bələdiyyə tərəfindən satıldığını iddia edir. Bildirir ki, dəfələrlə gedib-gəlməsinə, müraciət etməsinə baxmayaraq, problem həllini tapmayıb: “Hələ mən körpə olanda valideynlərimi itirmişəm. Qohum-tanış aparıb məni Lənkərandakı uşaq evinə verib. 1994-2005-ci illərdə uşaq evində böyümüşəm. Elə orta təhsilimi də uşaq evində almışam. Dövlətin mənim kimi valideyin himayəsindən məhrum olmuş uşaqlara kömək etdiyini hamı bilir. Elə bu səbəbdən Astara Rayon İcra Hakimiyyətinin razılığı və göstərişi ilə mənə öz doğma Kakalos kəndimdə yaşayış evi tikdirmək üçün 6 sot torpaq sahəsi verildi. Ancaq bələdiyyə həmin torpağı mənə vermək istəmir. Plana düşdüyünü, ordan da mənə heç nə verilməyəcəyini deyir”.
Tural Abiyev deyir ki, ona ayrılan torpağı adına tam sənədləşdirəndən sonra əraziyə hasar çəkib, ağac da əkib: “İmkanım olan kimi də kiçik bir ev tikdirmək arzusunda idim. Ancaq imkan vermədilər. Deyirlər, torpaq sahəsinin böyük hissəsi İpək yolunun inşa olunduğu əraziyə düşdüyü üçün orada ev tikdirmək olmaz. Dəfələrlə bələdiyyə sədri Bəhram Əliyevə müraciət etmişəm. O, torpaq sahəmə görə mənə bir qəpik də düşmədiyini deyir. Guya həmin torpaq sahəsi mənə qanunsuz verilib”.
Tural Abiyev qarşılaşdığı problemlə bağlı Baş Prokurorluğa müraciət edib: “Bələdiyyə sədrinin məni aldadacağından ehtiyat edib müraciət etdim. Məni Astara rayon Prokurorluğuna dəvət edib ərizəmi qəbul etdilər. Həmin torpaq sahəsinin mənə məxsus olması barəsində əlimdə şəhadətnamə var. 6 sot torpaq sahəsinin kadastr planı da əlimdədir”.
Astara rayon Kakalos kənd bələdiyyəsinin sədri Bəhram Əliyev vətəndaşın dediklərinin yalan olduğunu söyləyib. O, mediaya açıqlamasında bildirib ki, Tural Abiyev Bakıda yaşayır. Əgər kəndə köçmək fikri varsa, gəlib Kakalos kəndindəki ona məxsus torpaq sahəsində ev tikə bilər: “Əvvəlcə torpağın hər sotuna görə dövlətə 100 manat rüsumu ödəməklə. Həmin vəsait ödəndikdən sonra ev tikib, yaşaya bilər. Heç kim bunu ona qadağan etmir. Üstəlik, torpağı satmaqdan söhbət də gedə bilməz”.
Tural Abiyev isə deyir ki, güzəştli vətəndaşlar kateqoriyasına aid olduğundan torpaqdan istifadə üçün dövlətə hər hansı bir vəsait ödəməli deyil.
“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin (“İMSİ” GİB) sədri Araz Əhmədov AFN.az-a məsələ ilə bağlı danışarkən bildirdi ki, Kakalos bələdiyyəsindən şikayət edən tək Tural deyil: “O kəndin başqa sakinləri də Bəhram Əliyevdən narazıdırlar”.
A.Əhmədovun sözlərinə görə, təşkilat olaraq bir neçə il bundan əvvəl valideynlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş 11 nəfər üçün “Valideyinini itirmiş və valideyin hüququndan məhrum olmuş gənclər üçün” Azərbaycan Respublikası qanununun 7 ci maddəsinə əsasən, fərdi yaşayış yeri tikmək üçün torpaq sahəsinin ayrılması məqsədilə müvafiq icra hakimiyyətlərinə müraciət ediblər: “Müraciətlərə əsasən, Astara rayonunda, Lənkəran şəhərində, Qusar rayonunda, Abşeron rayonunda, Sabunçu rayonu ərazilərində torpaq sahələri ayrıldı. Lazım olan sənədləşmə aparıldı və bu gənclər dövlət rüsumundan azad edildi. Bu gənclərdən biri də Abıyev Turaldır. İcra hakimiyyətinin köməyi ilə Astara rayonunun Kakalos kəndində ona 6 st torpaq sahəsi ayrıldı, Tural sənədləşməni hazırladı və torpağında meyvə ağacları belə əkdi. İki-üç il keçmiş Tural mənə müraciət edərək bildirdi ki, Kakalos kənd bələdiyyəsi ondan 600 manat rüsum istəyir. Mən ona bildirdim ki, bu mümkün deyil, çünki o, dövlət rüsumundan azad edilib və əgər bu dövlət rüsumudursa, bildiriş və çeki təqdim etsin, biz də nəticəyə əsasən addım atarıq. Lakin Kakalos kənd bələdiyyəsi tərəfindən rüsumla bağlı bildiriş və çek verilmədi”.
A.Əhmədovun sözlərinə görə, gənclər üçün torpaq sahəsi ayrılan digər rayonlarda heç bir rüsum tələb olunmayıb və Kakalos kənd bələdiyyəsinin yaratdığı ptoblemlər yalnız öz əməllərini ört-basdır etməyə çalışmasından başqa bir şey deyil: “Tural bu torpaq sahəsini satmaq istəsəydi çoxdan satardı və həm də onun, ona dövlət tərəfindən verilmiş bu torpağı sataraq özünə istədiyi şəraiti qurmaq hüququ da var. Bir məlumatı da nəzərinizə çatdırım ki, bizdə olan məlumata görə, Turala verilmiş torpaq sahəsinin xeyli hissəsindən İpək Yolu keçdiyindən bu sahə üçün ödəniş olunub, amma bu ödənişdən Turalın xəbəri yoxdur. Biz torpaq sahəsinə baxmağa getdiyimiz zaman sahədə olan meyvə ağaclarının da çıxarıldığını gördük və çox maraqlıdır, əgər dövlət rüsumu 600 manat idisə niyə torpaq üçün ödənilən puldan 600 m çıxıb qalanı Turala verilmədi? Dövlət rüsumuna görə kimsəsiz gəncin torpağını bələdiyyə mənimsəməlidirmi? Belə bir iddia da irəli sürürlər ki,Turala torpaq sahəsi ev tikmək üçün verilub, ev tikmədiyindən əlindən alınıb. Qanuna əsasən, torpaq sahəsi verilən zaman ev tikmək üçün qaytarılmayan ssuda verilməlidir. Ssuda vermədiyindən Tural ev tikmək üçün işləyib pul yığırdı. Heç bir səbəb ola bilməz ki, dövlət tərəfindən kimsəsiz bir gəncə verilən torpaq sahəsi əlindən alınsın. Kakalos kənd bələdiyyə sədri Turalın kimsəsiz olmasını və qanunlardan baş çıxarmadığını fürsət bilərək 600 manatı əsas göstərib torpağı mənimsəyib”.
Bələdiyyə sədrinin gətirdiyi əsaslardan biri də Tural Abıyevə Heydər Əliyev Fondu tərəfindən verilən sosial kirayədə olan mənzildir. Lakin A.Əhmədov bildirir ki, bu, bələdiyyə haqq qazandırmır: “Tural müvafiq orqanlara müraciət edib və bunun üzərindən Kakalos kənd bələdiyyəsi sədri bildirib ki, şikayət etdiyinə görə torpaq sahəsini ona verməyəcəm”.
A.Əhmədov məsələ ilə bağlı 3 ay əvvəl Astara rayon prokurorluğuna müraciət etdiklərini deyir: “Bizə heç bir yazılı cavab verilməyib. Mən şifahi olaraq prokurorla danışdım, deyir bələdiyyədən soruşdum dedi ki, sənədlər Ədliyyə Nazirliyi tərəfindən ləğv edilib. Prokurorun diqqətinə çatdırdım ki, vəkillə şəxsən nazirlikdə olub sənədlərlə maraqlanmışıq, bizə deyiblər ki, hər şey qaydasındadır. Tələb etdim ki, bizə cavabı yazılı versin, ondan sonra müvafiq addımları atacağıq”.

Yazıda adı keçən hər kəsin mövqeyini verməyə hazırıq./afn.az/

Astarada məmur prezidentə qarşı çıxır:

Astarada məmur prezidentə qarşı çıxır:

Astarada məmur prezidentə qarşı çıxır:

Astarada məmur prezidentə qarşı çıxır:

Astarada məmur prezidentə qarşı çıxır:

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."