Yazı İçi 468×60

aya_nmAmerika Birləşmiş Ştatlarının Corciya ştatının Lilburn şəhərində yaşayan əslən türk olan 47 yaşlı Fikri Ərdəm 12 yaşlı, spastik əlil olan oğlu Hakanın boğazını kəsərək öldürüb.

Polis uşağın cəsədini Lilburn şəhərindəki kilsənin parkında olan avtobusun içində tapıb.

Hadisədən sonra ata özünü öldürməyə cəhd edib. Şübhəlinin arvadı 38 yaşlı Günəş Ərdəm polisə ifadəsində deyib ki, həyat yoldaşı oğlunun bağırtısından 10 gündür yata bilməyib.

G.Ərdəm hadisənin səhərisi 07:47 radələrində “Üzgünəm, xahiş edirəm qızlarıma hadisənin bir qəza olduğunu de” şəklində səsli mesaj aldığını da deyib.

Qonşular Fikri Ərdəmin yaxşı bir insan olduğunu və hər zaman uşağına yaxşı baxdığını bildirib. Hətta qeyd ediblər ki, ata 2011-ci ildə evlərinə ildırım düşməsi nəticəsində meydana gələn yanğından yeriyə bilməyən oğlunu qucağına alaraq çıxarıbmış.

F.Ərdəm cinayəti törətdiyini etiraf edib.

Mərhum Hakan Ərdəm Al-Farooq məscidində türklərin də iştirak etdiyi cənazə namazından sonra Lovejoy müsəlman qəbiristanlığında torpağa verilibm(modern)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."