Ata 6 uşağı ilə yanaraq öldü – Dəhşət – Video

Müəllif: Redaktor

Editor

qaziantepdeyangin123_ (3)Türkiyənin Qaziantep vilayətində dəhşətli hadisəsi baş verib.

AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 7 nəfər ölüb.

Naciyə – Mehmet Emin Bakır cütlüyünün yaşadığı birmərtəbəli evdə başlayan yanğının miqyası qısa müddətdə genişlənib. Yanğınsöndürənlər hadisə yerinə gələnə qədər ev tamamilə yanıb. Nəticədə Mehmet Emin Bakır və onun 6 uşağı yanaraq ölüb. Huşsuz vəziyyətdə tapılan Naciyə Bakır isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı polis araşdırma aparır.

Watch video!



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır