yenicag.az
yenicag.az

Ata qızını iplə boğaraq öldürdü – Salyanda

Ata qızını iplə boğaraq öldürdü – Salyanda

Müəllif: Redaktor

Editor

boqdu_ipleSalyanda ata qızını iplə boğaraq öldürüb.

Avqustun 21-də Salyan sakini, 33 yaşlı Qurbanova Gülnar Eldar qızının meyiti yaşadığı evdən tapılıb. Araşdırmalarla onu atası, 1954-ci il təvəllüdlü Eldar Əliheydər oğlu Qurbanovun öldürdüyü müəyyənləşib. Qızın meyiti məsciddə yuyularkən boynunda aşkarlanan ip izindən öldürüldüyü üzə çıxıb.

E. Qurbanov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, Gülnar Qurbanova və atası əvvəllər məhkumluq həyatı yaşayıblar. E. Qurbanov 17 il həbsxanada olub. Qadının isə narkotik asılılığı olduğu bildirilir.(APA)

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti