www.sinerjipro.net

SinerjiProWide
Reklam

“AtaBank” kredit götürən şəxsə zamin duran Lalə Bunyatovanı 10 gün müddətinə inzibati qaydada həbs etdirib.

Yenicag.az xəbər verir ki, bu barədə vəkil Əkrəm Həsənov məlumat verib.

Ancaq vəkil bu qərarla razılaşmayaraq apellyasiya şikayəti verdiyini bildirib:

O, qərarını belə açıqlayıb: “Avropa İnsan Haqları Konvensiyasının 4-cü Protokolunun “Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması” adlanan 1-ci maddəsi… Bu Protokola qoşularkən dövlətimizin yalnız bir qeydi olub: “Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir”. Təbii, biz işğal olunmuş ərazilərimizdə Konvensiyanın və onun Protokollarının icrasını təmin edə bilmərik. Amma söhbət işğal olunmamış ərazilərimizdən gedir. Yoxsa Bakını və digər regionlarımızı da banklar işğal edib, xəbərimiz yoxdur?..”

Qeyd edək ki, kredit götürən şəxsin sözügedən banka 8701 manat borcu qalıb. Həbs edilən Bunyatova isə “Azərbaycan Dəmir Yolları” QSC-də çalışır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2206
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."