www.sinerjipro.net

SinerjiProWide
Reklam

13020121_10207941654691984_1181854417_nEtibar Babaşlı Əşrəf Kamilova qarşı yenə də Elnur Osmanovla birlikdə hərəkət edir

Yenicag.az Azerinfo.org-a istinadla xəbər verir ki, 2016-ci ildə “Atabank” idarə heyyətindən birdən birə iki şəxsin istefaya getməsi ölkə mediasında maraqlı doğurdu. İlk əvvəl bankın İdarə Heyətinin üzvü Elnur Osmanovun öz “istəyi” ilə rəhbərlikdən istefa verməsi və bir müddət sonra “AtaBnak” ASC İdarə heyətinin sədri Etibar Babaşlının sədrlikdən dəyişdirilməsi diqqətləri bu bankın üzərində cəmlədi.

Mətbuatda Elnur Osmanovun əslində öz istəyi ilə deyil, məcburi istefaya göndərilməsi ilə bağlı məlumatlar yayıldı. Lakin “AtaBank”ASC Elnur Osmanovun öz razılığı ilə bankdan getmək istədiyini və buna görə də İdarə heyətinə ərizə ilə müraciət etdiyini bildirdi.

Elnur Osmanovla bağlı iddialar bununla yekunlaşmır. Mediada Elnur Osmanovun məhkəməyə saxta arayış təqdim etməsi və buna görə də ciddi problemlə üzləşdiyi iddia edilir. “Atabank”da baş verən bəzi qaranlıq məqamlarla bağlıA zerinfo.org-a ilginc məlumat daxil olub.

Deyilənə görə, Etibar Babaşlı da Elnur Osmanov kimi bankın İdarə heyətinin sədri vəzifəsindən məcburi çıxarılıb. Belə ki, bankın Müşahidə Şurasının sədri Əşrəf Kamilovla Etibar Babaşlı arasında Elnur Osmanova görə problem yaranıb. Mənbəmiz qeyd edir ki, Əşrəf Kamilov bank işçiləri arasında böyük nüfuza sahibdir. Eləcə də, Etibar Babaşlı Elnur Osmanovu bankın İdarə Heyəti üzvlüyünə gətirməsinə Əşrəf müəllimin münasibəti əvvəlcədən mənfi olub. Onun çıxarılmasında da Ə.Kamilovun rolu böyükdür. Belə ki, bank daxilində gəzən söz-söhbətlərə görə, Elnur Osmanov vəzifəsindən sui istiadə edərək bankdan xeyli miqdarda haram qazanc əldə edib. Həmin haram pullardan birinin Elnur Osmanovun “AtaBank”ın rayon şöbələrini yoxlayaraq əldə etdiyi rüşvətlərin olduğu vurğulanır. Yəni, apardığı yoxlamalarda şöbə müdirlərinin saxtakarlığının üzə çıxartması və onlarla müəyyən rüşvət qarşılığında anlaşması idi. Belə ki, əksər rayonlarda filial müdirləri kənd təsərrüfatının inkşafı üçün ayrılan vəsaitləri özlərinin biznesinə yönəldiridlər. Ayrıla vəsaitin aidiyyatı üzrə xərclənməməsi isə Elnur Osmanovun işinə yarayırdı. Filialda yoxlama aparan Elnur Osmanov isə öz haqqını almaqla, baş verən hadisəni ört basdır edirdi.

Mənbəmiz Elnur Osmanovun bu işində ona dəstək verən şəxsin Etibar Babaşlı olduğunu bildirir. Misal üçün Lənkəran, Mingəçevir, Göyçay filiallarında Elnur Osmanovla Etibar Babaşlı xeli gizli maliyyə maxinasiyalar həyata keçiriblər. Elnur Osmanovla bağlı mənfi söz-söhbətlərin yayılması isə Əşrəf müəllimin nəzəindəndə qaçmayıb. Ancaq bütün bunlara baxmayaraq Etibar Babaşlı özünün maxinasiya dostunu İdarə heyətinin üzvlüyünə gətirib, çıxarıb. Bundan sonra isə dostların İdarə Heyətinin digər üzvülərindən gizlin bir çox gizli əməliyyatlar həyata keçirtdiyi deyilir.

Bu maxenasiyalardan biri Elnur Osmanovun həyat yoldaşı Xəyalə Osmanovanın adı ilə bağlıdır. Mənbə Etibar Babaşlınında yaxın qohumlarının adına bir neçə əməliyyat etdiyini və bankdan ortağı ilə birlikdə külli miqdarda kretdi götürdüyünü qeyd etdi.

Etibar Babaşlının istefaya göndərilməsinə gəlincə isə informasiyalı şəxs qeyd edir ki, Elnur Osmanov 9 min manat əmək haqqı aldığı halda məhkəməyə verdiyi arayışda bundna 3 dəfə az əmək haqqı alıdğını yazıdırb.Həmin arayışı isə “AtaBank” ASC İdarə Heyyətinin sədri Etibar Babaşlı verib. Ancaq hər şey araşıyla bitməyib.Belə ki, Elnur Osmanovun başqa bir maxenasiyalarının üzə çıxması və Etibar Babaşlının ona dəstək verməsi, şərikli işlər görməsi ortaya çıxdıqdan sonra Etibar Babaşlı da məcburi istefaya göndərilib. Mənbə qeyd edir ki, Etibar Babaşlının qarşısına ilk öncə qoyulan şərtlərdən biri isə o olub ki. Elnur Osmanovu istefaya göndər və onun saxta yolla əldə etdiyi pulları banka qaytartdır. Etibar Babaşlı Elnur Osmanovu istefaya göndərsə də, ikinci şərtə əməl edə bilməyib. Çünki Elnur Osmanov əldə etdiyi milyonları bnaka qaytarmaq istəməyib. Verilən məlumata görə, Elnur Osmanovla Etibar Babaşlının ortaqlığı üzə çıxdıqdan sonra Əşrəf Kamilov və digər Müşahidə Şurasının üzvləri Etibar Babaşlını istefaya göndəriblər. Bildirək ki, Etibar Eabaşlı sədr və Elnur Osmanovun isə İdarə Heyətinin üzvü olduğu müddətdə aldıqları əmək haqqların böyük bir qismini sığorta şirkətlərinə verdikləri haqqında da bankda söz söhbət gəzir. Məsələ ilə bağlı araşdırmamız davam edir. Növbəti sayımızda yeni sədr Dəyanət Quliyevin Etibar Babaşlı ilə anlaşması və Elnur Osmanovun necə qurtulması haqqında məlumatları dəqiqləşdirdikdən sonra yayınlayacağıq. Eyni zamanda Bank rəhbərliyinin Elnur Osmanova və Etibar Babaşlıya görə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmək istəyib, sonra vaz keçməsini də öyrənəcəksiniz. Həmçinin, Elnur Osmanovun yüksəlişində qohumu, sabiq nurçu millət vəkili Ceyhun Osmanlının hansı rol oynadığını da biləcəksiniz.

Bizi izləyin…

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 394
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."