!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Atalığından hamilə qalan 12 yaşlı qızın övladı öldü - VİDEO

!Reklam – Yazi

Atalığından hamilə qalan 12 yaşlı qızın dünyaya gətirdiyi uşaq tələf olub.

Yenicag.az xəbər verir ki, bu barədə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katib vəzifəsinin müvəqqəti icraçısı, həkim mama-ginekoloq Leyla Məmmədova deyib. Onun sözlərinə görə, 750 qram çəki ilə dünyaya gələn körpə bir neçə gün öncə yeni doğulmuşların reanimasiya şöbəsinə yerləşdirilib və həkimlərin nəzarətində olub. Görülən tibbi tədbirlərə baxmayaraq, bu gün axşam saatlarında körpə qız dünyasını dəyişib.

“12 yaşlı qız tibbi göstərişlə böyrəklərdə olan patologiya ilə daxil olmuşdu. Bütün mütəxəssislərin iştirakı ilə konsilium keçirildi. Belə qərara gəlindi ki, qızın sağlamlığının qorunması üçün hamiləlik Qeysər kəsiyi əməliyyatı ilə başa çatdırılsın. Bu yaşda kiçik qızın hamiləliyini təbii yolla sonlandırmaq qeyri mümkün idi. Ona görə də əməliyyat olunmasına qərar verildi. Bu əməliyyatdan sonra xəstələr 3-4 gün sonra evə göndərilir. Amma xüsusi vəziyyəti nəzərə alaraq uşaq bu günə kimi klinikamızda nəzarət altında idi. Xəstəxanamıza daxil olduğu gündən anası yanındadır. Onlara anonimliyi qorumaq şərti ilə xüsusi şərait yaradılıb”.

Pasiyentin 12 yaşı sentyabrın 29-da tamam olacaq deyən mütəxəssisin sözlərinə görə, onun onun vəziyyəti hazırda qənaətbəxşdir.

“Hər gün onunla görüşürük. Normal olduğunu deyir. Gəldiyi günə nisbətən səhhəti normallaşıb. Müsbət dinamika hiss olunur”.

Mütəxəssis Azərbaycanda 2015-ci ilin statistikasına da diqqət çəkib. O, qeyd edib ki, doğulan uşaqların bir faizi 15-17 yaşlı analardan dünyaya gəlib, doğulan uşaqların 9,1 faizinin anaları isə 18-19 yaşındadır.

Qeyd edək ki, Balakən rayonunda 12 yaşlı uşaq atalığından hamilə qalıb. Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

www.yenicag.az

4100
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv