!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Atam, anam Gülənə fəda olsun” – Foto

!Reklam – Yazi

enesdddhhMəşhur basketbolçu Enes Kanter Fetullahçı Terror Təşkilatına (FETÖ) yaxınlığına görə ailəsi tərəfindən övladlıqdan çıxarılması ilə bağlı ilginc açıqlama verib.

Atasının açıqlamasından sonra Enes Kanterin Türkiyədə “Twitter” girişi bağlanıb. Bundan sonra o, özünə yeni bir hesab açıb və Gülən tərəfdarı olduğunu, ailəsi tərəfindən övladlıqdan çıxarıldığını təsdiqləyib:

“Bu gün 24 ildir ki, ana, ata, qardaş dediyim ailəmi və bütün qohumlarımı itirdim. Öz atam soyadımı dəyişdirməmi istədi. Məni doğan ana məni rədd etdi. Birlikdə böyüdüyüm qardaşlarım məni artıq yox sayır. Qohumlarım məni bir daha görmək istəmirlər.

Vəfalı, fədakar insanların göz yaşları ilə böyütdüyü bu təşkilat üçün bir Enes deyil, min Enes fəda olsun. Xoca əfəndi yolunda anam, atam, qardaşlarım, bütün sülaləm fəda olsun. Bu mübarizə uğrunda bir deyil, saçlarımın sayı qədər başım olsa yenə verərəm. Rəbbim mənim ömrümdən alsın, hər saniyəsini igid xocama versin. Xidmət yolunda cənnətim fəda olsun, cəhənnəmə gülüb keçərəm. Canım xocamın sevgisi ana, ata, qardaş – bütün sevgilərdən üstündür. Biz bu xidməti küçədə tapmamışıq ki, indi də imtina edək. Anam, atam sənə fəda olsun, xidmət yolunda fəda olsun, bu mübarizə uğrunda fəda olsun. Bundan sonra mənim anam da, atam da, qardaşlarım da dünyanın 171 ölkəsində türk bayrağını şərəflə dalğalandıran o fədakar xidmət qəhrəmanlarıdır. Bundan sonra mənim ailəm o gözü yaşlı xoca əfəndidir”.(aznews)

www.yenicag.az

755
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv