!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Atambayev Nazarbayevə: "Bizi öyrətmək lazım deyil, biz öz yolumuzu tapmışıq"

!Reklam – Yazi

Qırğızıstan Prezidenti Almazbek Atambayev Qazaxıstan hakimiyyətini ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edib.

Yenicag.az xəbər verir ki, bu barədə Qırğızstan lideri dövlət mükafatlarının təqdimatında danışdı.

Atambayev qonşu ölkənin bu ay Qırğızıstanda keçiriləcək prezident seçkiləri prosesinə də müdaxilə etdiyini bildirərək qeyd edib ki, istənilən halda düzgün seçkilər keçirəcək.

“Mən Qazaxıstan hakimiyyətinin öz namizədini bizə zorla qəbul etdirmək istəyini başa düşürəm. Onlar Bakiyevi sevirlər. Bakiyevlər indiyədək Qazaxıstanda bayram keçirirlər. Qırğızıstanın regiondakı qonşularının ölkədəki demokratik dəyişikliklər xoşuna gəlmir. Nazarbayev Babanovla görüş zamanı Qırğızıstana gənc lider lazım olduğunu vurğulayıb. Lakin kimə gənc prezident lazımdır, bizə, yoxsa Qazaxıstana? Əgər qonşularımız ayılmayacaqlarsa, mən başqa cür danışacam. Fəxr edirəm ki, ədalətli, düzgün prezident nümunəsi göstərdim”.

“Bizi öyrətmək lazım deyil, biz öz yolumuzu tapmışıq”, – deyə Atambayev vurğulayıb.

Qeyd edək ki, oktyabrın 15-də Qırğızıstanda prezident seçkiləri keçiriləcək. Atambayevin prezidentlik müddəti isə dekabrın 1-də başa çatır və Konstitusiyaya əsasən, o, prezidentliyə təkrar namizədliyini verə bilməz.

www.yenicag.az

2068
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv