Atasına 8 bıçaq zərbəsi vuran yeniyetmə azadlığa buraxıldı

Müəllif: Redaktor

Editor

135988_res_01Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməyə cəhddə təqsirləndirilən 2000-ci il təvəllüdlü Samid Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib. Prosesdə hökm oxunub.

Hökmə görə, Samid Məmmədovun barəsində olan Cinayət Məcəlləsinin 29.120 ( öldürməyə cəhd) maddəsi 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub. Hökmə əsasən, 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə 25 iyul 2015-ci ildə Binə qəsəbəsi Südçülük sovxozunda baş verib. S.Məmmədov evə sərxoş vəziyyətdə gələn atası A.Rəhimovun bacısı Şəlalə Məmmədovanı əsassız yerə danlamasını, daha sonra şillə vurmasını qəbul etməyib. Buna əsəbiləşən S.Məmmədovla atası arasında münaqişə baş verib. Nəticədə o, mətbəx bıçağı ilə A.Rəhimovun bədəninə 8 bıçaq zərbəsi endirib. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına vaxtında çatdırılıb. A.Rəhimova tibbi yardım göstərildiyindən, onun həyatını xilas etmək mümkün olub.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır