“Atəşkəs” filmi televiziya ekranlarında…

Müəllif: Redaktor

Editor

5e3fdb23-e702-4557-ab05-819230c2e433“Atəşkəs” filmi televiziya ekranlarında…

“İşğalın qurbanı” layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Macar Turan Fondunun birgə əməkdaşlığı sayəsində istehsal olunan və Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” filmi bu gün axşam saat 22:30-da İctimai Televiziya və sabah isə CBC Televiziyasının ekranlarında yayımlanacaq.

Filmdə Cənubi Qafqaz regionunda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qeyd alındığı tarixi mərhələlər, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, o cümlədən Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlətlərindən biri kimi tarixi-mədəni irsi, ənənələri yer alıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, ermən qırğınları, Qarabağ həqiqətləri, Qarabağ müharibəsinin törətdiyi acı nəticələr, Xocalı faciəsi filmin əsas qayəsini ,leytmotivini təşkil edir.
Filmin direktoru Qabor Szabo, rejissoru Erik Boqnardır. Film Macar Turan Fondunun sədri Andras Bironun senarisi əsasında çəkilib .

Məlumat üçün qeyd edək ki, “Atəşkəs” filmi ilk olaraq 2015-ci ilin dekabr ayının 8-də Macarıstanın paytaxtı Budapeşt şəhərində millət vəkilləri, hökumət nümayəndələri, 5 şəhərin meri, tanınmış ictimai-siyasi xadimlər, elm adamları, jurnalistlər iştirak ilə tarixi “Uranium” film, festival salonunda nümayiş olunub. Daha sonra isə sənədli film bu ilin fevral ayının 17-si Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənov, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri cənab Azay Quliyev, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirlikləri və beynəlxalq təşkilatların nümayəndələri, eləcədə media təmsilçilərinin iştirakı ilə Nizami Kino Mərkəzində azərbaycan dilində nümayiş olunub.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır