Ads by Google

hightechnic
Ads by Google

Donbasda münaqişə tərəfləri fevralın 20-dək ağır silahları geri çağırmağa razılaşıblar.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik bəyan edib.

«Münaqişə tərəfləri fevralın 20-dək silahları geri çəkməyə razılaşıblar. Bu, Təmas grupunun keçirdiyi iclasın ən mühüm qərarı olub. Bu gün biz atəşin tam dayandırılması, silahların geri çəkilməsi, mülki əhali və mühüm infrastruktur obyektlərinin müdafiəsinə xüsusi diqqət yetirmişik”, deyə M.Saydik bildirib.

Qeyd edək ki, bundan əvvəl Donbasda münaqişə tərəfləri fevralın 5-dək ağır silahların geri çağırılması barədə razılaşma əldə etsə də, qərar kağız üzərində qalıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 56
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."