“ATƏT-in işi danışıqlar prosesini mümkün qədər uzatmaqdan ibarətdir” – Sərdar Cəlaloğlu

Müəllif: Redaktor

Editor

2016-11-17-23-13-bnjmcg-azerbaycan-3-2-formatinda-gorush-kecirilmesi-teklifini-qebul-edibATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer qurumun Hamburqda keçirilən Xarici İşlər Nazirləri Şurasının iclası öncəsi mətbuat konfransında bildirib ki, ATƏT Dağlıq Qarabağ, Ukrayna münaqişələrinin həlli istiqamətində mükəmməl iş aparır. ATƏT bəzi hallarda hətta bu münaqişələrin açıq müharibə vəziyyətinə gəlməsinin qarşısını alıb.

Məsələ ilə bağlı Yeniçağ.az-a münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, ATƏT-in mükəmməl işi Dağlıq Qarabağ prosesinin aktiv müharibə fazasına keçməsinin qarşısını almaq və bu prosesi mümkün qədər uzatmaqdan ibarətdir. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun bu problemi həll etmək fikri yoxdur:

Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu“Əslində, Dağlıq Qarabağ münaqişəsi xristian-müsəlman mədəniyyətləri arasında toqquşmaların, belə desək, bir açarıdır. Ona görə də bu açarı əllərində saxlayırlar və faktiki olaraq, Dağlıq Qarabağ məsələsindən İslam dünyası ilə xristian dünyası arasında bir ehtiyat silah kimi istifadə edirlər”.

S.Cəlalğolu qeyd edib ki, Dağlıq Qarabağ problemi beynəlxalq hüquqa uyğun həll edilmir, siyasi müstəvidə həll edilir: “Bilmək lazımdır ki, bu problem prosesin həllində iştirak edən dövlətlərin maraqlarına xidmət edir. Metyu Brayza da dəfələrlə etiraf etmişdir ki, ATƏT-in Minsk qrupu 15 il ərazində münaqişənin həlli ilə bağlı bir dəfə də olsun həqiqi addım atmayıb və belə bir məqsədini də bəyan etməyib”.

BƏXTİYAR
Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır