www.sinerjipro.net

SinerjiProWide
Reklam

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Atletiko” klubuna qarşı keçirəcəyi səfər matçının hakimləri müəyyənləşib.

Yenicag.az xəbər verir ki, UEFA Madrid şəhərində baş tutacaq bu qarşılaşmanı almaniyalı hakimlər briqadasına həvalə edib.

Görüşün baş hakimi Dəniz Aytəkin olacaq. Türk əsilli referiyə yan xətt hakimləri Quido Kleve və Markus Haker kömək edəcəklər. Əlavə köməkçi hakimlər Daniel Sibert və Benjamin Brand olacaq. Ehtiyat hakim funksiyasını isə Eduard Beytinger yerinə yetirəcək.

“Atletiko” – “Qarabağ” oyunu oktyabrın 31-də “Vanda Metropolitano” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

UEFA Çempionlar Liqası
C qrupu
31 oktyabr

23:45. “Atletiko” – “Qarabağ”
Baş hakim: Dəniz Aytəkin
Yan xətt hakimləri: Quido Kleve, Markus Haker.
Əlavə köməkçi hakimlər: Daniel Sibert və Benjamin Brand.
Ehtiyat hakim: Eduard Beytinger (hamısı Almaniya).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1715
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.