www.sinerjipro.net

SinerjiProWide
Reklam

Tailandın paytaxtı Banqkokda 2018-ci il Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli ağırlıqqaldırma üzrə dünya çempionatına start verilib.

Yeniçağ.az-ın məlumatına görə, 100-dək ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak edəcəyi birincilikdə Azərbaycan yığması da mübarizə aparır. İlk yarış günündə iki atlet körpücük üzərinə çıxıb. 56 kq çəki dərəcəsinin B qrupunda Elməddin Hüseynov və İsmayıl Məmmədov yarışıb.

Məmmədov birdən qaldırma hərəkətində 94 kq-ı başı üzərinə qaldıraraq 3-cü olub. Təkanla qaldırmada o, 115 kq-ı ram edib və 11-ci yeri tutub. Toplam 209 kq (94 kq + 115 kq) nəticə göstərən ağırlıqqaldıran B qrupunda 6-cı olub.
Hüseynov isə birdən qaldırma hərəkətində 94 kq-ı ram edib və bu hərəkətdə 6-cı yeri tutub. Atlet təkanla qaldırma hərəkətində 125 kq-ı qaldıraraq bütün rəqiblərini üstələyib. Toplam 219 kq (94 kq + 125 kq) nəticə göstərən Hüseynov B qrupunda ümumi sıralamada da 1-ci yeri tutub.

Yekunda Məmmədov 16-cı, Hüseynov isə 8-ci yeri tutub.

Qeyd edək ki, hər iki atlet ötən il Polşanın Novı Tomısl şəhərində yeniyetmələrin Avropa birinciliyində çıxış ediblər. Həmin yarışda İsmayıl Məmmədov toplam 174 kq (81 kq + 93 kq), Elməddin Hüseynov isə 194 kq (84 kq + 110 kq) nəticə göstərib. Onlar dünya çempionatında nəticələrini müvafiq olaraq, 35 kq və 25 kq yaxşılaşdırıb.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.