!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ATV-də yeni təyinat

!Reklam – Yazi

“Vaqif Aydınoğlunun Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti təyin olunması barədə xəbər yanlışdır”.

Bunu “Report”a açıqlamasında şirkətin prezidenti, əməkdar jurnalist Azər Xəlilov deyib.

O bildirib ki, hələ heç bir rəsmi təyinat olmayıb: “Ümumiyyətlə, vitse-prezident vəzifəsini hələ ki, heç kim icra etmir.

Heç bir şəxsi heç bir vəzifəyə təyin etməmişik. Hələlik yeganə göstəriş odur ki, iş davam edir”.

“Təyinatlarla bağlı yayılan xəbərlər səhv, təhrif olunmuş, yanlış məlumatlardır”, – deyə A.Xəlilov əlavə edib.

***

ATV kanalında kadr dəyişikliyi baş verib.

Yenicag.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, kanalda ilk dəyişiklik  İctimai-siyasi verilişlər departamentində baş tutub. Belə ki, aparıcı Ceyhun Əli  İctimai-siyasi verilişlər departamentinin  müdiri vəzifəsinə təyin olunub. Sözügedən departamentinin keçmiş rəhbəri Vaqif Aydınoğlu isə vitse-prezident təyin edilib.

Yenicag.az

www.yenicag.az

3232
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv