yenicag.az
yenicag.az

ATV-dən mədəniyyətimizə növbəti töhfə

ATV-dən mədəniyyətimizə növbəti töhfə

Müəllif: Redaktor

Editor

1445929989_atvİnsanı sirli bir dünyaya aparan, xalqın hər zaman bəhrələndiyi, mənəvi zövq aldığı və qürurla “bizimdir” dediyimiz muğamın təbliği məqsədi ilə Azad Azərbaycan televiziyası yeni layihə təqdim edib.

Yenicag.az Atv-az-a istinadən xəbər verir ki, muğamsevərlərin rəğbətini qazanan yeni layihə, həm ifaçılıq ənənələrinin qorunub saxlanılması, həm də bərpa məsələlərində böyük əhəmiyyət kəsb edəcək.

Milli-mənəvi dəyərlərin, Azərbaycanın zəngin mədəniyyətinin carçısına çevrilən ATV kanalı, dünya mədəni irsinin siyahısında yer alan qədim və əsrarəngiz muğamın təbliği ilə bağlı daha bir mühüm missiyanı öz üzərinə götürüb. Layihə çərçivəsində əsrarəngiz muğam onu yaşadan sənətkarların ifasında lentə alınaraq, yeni formada izləyicilərə təqdim edilir. Milli ornamentlərlə bəzədilmiş xüsusi dekorasiyada, hər muğamın öz ahənginə uyğun xüsusi işıqlandırılan səhnədə ifaçıların təqdim etdikləri muğamların məqamı yetişdikcə hər şöbəsinin adı qeyd olunur. Bu layihənin əsas məqsədi Azərbaycanda muğam sənətinin inkişafı, yeniyetmə və gənclərin bu sahəyə kütləvi maraq göstərməsinə müsbət təsir göstərməklə yanaşı, muğamsevərlərə onun nəzəri cəhətlərini də bilavasitə aşılamaqdır.

Məlumdur ki, Azərbaycanda muğama göstərilən dövlət qayğısı, xüsusilə də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əlievanın bu sahəyə diqqət göstərməsi muğam ifaçılığının inkişafına mühüm təkan verib. On ildir Azərbaycanda muğam sənəti daha ciddi qayğı ilə əhatələnib, muğam ifaçıları, ustad xanəndələr dövlətdən ciddi dəstək alır. Bütün bu addımların davamı olaraq, ATV muğamsevərlərə onun nəzəri cəhətlərini də ehtiva edən bu layihəni təqdim etdi. Milli musiqinin təbliğini qarşıya məqsəd qoyan bu layihə silsilə şəkldə davam etdiriləcək.

Layihənin musiqi redaktoru, şair Vüqar Əhməd hesab edir ki, bu layihə çərçivəsində Azərbaycan muğamlarının lentə alınmasının əhəmiyyəti olduqca böyükdür. Muğamların müxtəlif ifaçılıq versiyalarında lentə alınıb, yayımlanması muğam sənətkarlarının ifaçılıq ənənələrinin qorunub saxlanılması və bərpası deməkdir. Eyni zamanda, lent yazıları muğamların tarixi cəhətdən öyrənilməsində və Azərbaycanın şifahi ənənəyə əsaslanan professional musiqisinin tədqiqində böyük əhəmiyyətə malikdir.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti