!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avetyan Sarkisyana və dünyaya həqiqəti deməlidir” – Azər Verdiyev

!Reklam – Yazi

1478637318_azerrrXəbər verdiyimiz kimi, erməni yazıçı və ictimai xadim Vahe Avetyan Bakıdadır. Onun iştirakı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri. Ermənistan və Azərbaycandan baxış” beynəlxalq konfransı keçirilib. Konfransda çıxış edən yazıçı qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkür edib. Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı erməni hüquq müdafiçəsi Vaan Maetirosyan “Ermənistan rəhbərliyi törətdiyi cinayətlərə görə beynəlxaq məhkəmə qarşısında cavab verməlidir”çağırışını edib.

Məsələyə sərt münaibət bildirən ASGA Anlitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev Azərbaycanın dünyaya növbəti sülh çağırışını etdiyini dedi: “Azərbaycan sözün hər mənasında dünyaya tolerantlıq, sülh mesajı verdi. Bütün dünya artıq bilir ki,tarix boyu azərbaycanda multikultralizm mühiti olubdur. Azərbaycanda ermənilər təkcə işğal altındakı Dağlıq Qarabağ ərazisində yaşamırlar. Hazırda Dağlıq Qarabağ istisna olmaqla, Azərbaycanda ermənilərin ən çox yaşadığı ərazi Bakı şəhəridir. Bəzi məlumatlarda Bakı şəhərində 20 min, digər məlumatlarda isə bundan da çox – 30 min erməninin yaşadığı bildirilir. Bunu Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları da müxtəlif vaxtlarda beynəlxalq təşkilatların nümayəndələrilə görüşlərdə deyiblər.Paytaxtımızda eyni zamanda erməni kilsəsi fəaliyyət göstərir. Gəlin müqayisə edək. Bugün Ermənistanda, İrəvanda neçə nəfər azərbaycanlı yaşayır? Azərbaycana aid neçə tarixi abidə salamatdır? Neçə abidə restavrasiya edilib? Cavab birmənalı şəkildə sıfırdan ibarətdir. Avetyan Bakıda yaşayan 30 min erməni ilə Sarkisyana və dünyaya həqiqəti deməlidir. Ermənistan artıq qəbul etməlidir ki, torpaqları işğalda saxlamaq onlar üçün yolun sonu deməkdir. Sadəcə olaraq ortada mənasız yerə dolaşan vasitəçiləri ləğv edib birbaşa danışılara getmək lazımdır. Ermənistan işğal olunmuş torpaqları tərk etməlidir. Bu daha çox onlar üçn yeni imkanlar açacaq. ”

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv