www.sinerjipro.net

SinerjiProWide
Reklam

jObtMLZJWi63Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar hara baxır?

Ölkənin dərman bazarında xoşagəlməz hallar baş verir. Dərman bazarı hal-hazırda ən problemli sahələrdən birinə çevrilib. Təəssüf ki, dərmanların keyfiyyətiylə bağlı problemlər yaşanmaqdadır. Demək olar ki, bütün apteklərdə vəziyyət oxşardır. Editor.az “Gündəlik-Bakı” qəzetinə istinadən xəbər verir ki, “Avis” Apteklər Şəbəkəsində yaşananlar isə heç bir aptekdə yaşanmır. Belə ki, sözügedən apteklər şəbəkəsində satılan dərmanların əksəriyyəti keyfiyyət baxımından çox aşağıdır.

Lakin buna baxmayaraq, dərmanların qiyməti həddindən artıq yüksəkdir. Bütün bunlar onu göstərir ki, şəbəkə birdən-birə varlanmaq iqtidarındadır. Mənbə bildirir ki, “Avis Apteklər Şəbəkəsi” dərmanları digər apteklərlə müqayisədə ikiqat baha satır. Sözügedən aptekdən bir dəfə dərman alan istehlakçı ikinci dəfə “Avis”in yanından da keçmir. Baxmayaraq ki, ölkə başçısı dərmanların qiymətinin baha satılmasıyla bağlı narahatlığını bildirib və səhiyyə nazirinə dərman bazarında baş verən özbaşınalıqların aradan qaldırılması istiqamətində lazımi işlərin görülməsiylə bağlı tapşırıq verib. Lakin hələ də nazirin ona tapşırılan işin öhdəsindən gəldiyini demək olmaz. Çünki vəziyyət eyni olaraq qalmaqdadır. Xüsusilə də “Avis Apteklər Şəbəkəsi” kimi gündə bir adla ortaya çıxan apteklər bu sahəni bərbad duruma salıblar. Əhali artıq bu vəziyyətdən narahatdır. Çünki əhalinin yarıdan çoxu hal-hazırda xəstəliklərlə mübarizə aparır. Səhiyyə sahəsində o qədər problem var ki, vətəndaşlar bilmirlər kimə və nəyə inansınlar. Hər gün müxtəlif adlarla fəaliyyətə başlayan apteklər də bir yandan vətəndaşların əsəbləriylə oynayırlar. Təəssüf ki, bu cür şəbəkələrin kökünü kəsə bilmirlər. Əksinə vətəndaşların qənimi olan apteklərin sayı durmadan artır.

Bundan başqa, “Avis Apteklər Şəbəkəsi”nə məxsus dərman preparatlarının içlik vərəqələri tərcümə olunmayıb. Sözügedən şəbəkənin apteklərə payladığı preparatlarda dərmanların içlik vərəqələri başqa dillərdədir. Məsələ ondadır ki, dərmanların içlik vərəqələrinin başqa dillərdə olması bir sıra hallarda istehlakçılar üçün problemlərin yaranmasına gətirib çıxarır. Belə ki, xəstə dərmandan düzgün istifadə edə bilmir. Bəzən belə hallar hətta xəstənin canı bahasına başa gəlir. Qeyd edək ki, “Dərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu”nun 11-ci maddəsinə əsasən 2012-ci il iyunun 1-dən içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalı rəsmən qadağandır. Əgər hərhansı bir dərman qutusunun içərisində içlik vərəqəsi tərcümə olunmayıbsa, qanun pozuntusudur, tələblərə uyğun deyil və bu dərman ölkədə qeydiyyata alınmayıb. Bundan başqa, “Avis Apteklər Şəbəkəsi”ndə satışı qadağan olunmuş, həmçinin vaxtı keçmiş dərman preparatları satılır. Nazirlik bir sıra dərman vasitələrinin reseptsiz satışına qadağa qoyub. Bu apteklərdə həmin dərmanları asanlıqla əldə etmək mümkündür. Sözügedən aptek psixotrop maddələrin satışı ilə məşğuldur. . Məlum olduğu kimi, aidiyyəti hüquq-mühafizə orqanlarının nümayəndələri mütəmadi olaraq apteklərdə yoxlama aparır və psixotrop maddələrin satılıb-satılmadığını araşdırırlar. Görülən bütün tədbirlərə rəğmən, “Avis Apteklər Şəbəkəsi”nin rəhbər şəxslərinin həmin maddələri satdıqları iddia edilir. Hər halda, bu qədər ittiham varsa, mütləq araşdırmaq lazımdır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 70
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."